Bu gün:

Cəmi 2 cümlədən ibarət fizika məqaləsi



Bu məqalə “Proton və elektron kütlələrinin nisbəti” adlanır. 1951-ci ildə fizik Fridrix Lenz tərəfindən American Physical Society jurnalında dərc edilmişdir. Bu icma dünyanın ikinci ən böyük fizika təşkilatına məxsusdur və icma ilə əlaqəli 13 müxtəlif jurnal var. Bu jurnalların SCImago Journal Rank saytında fərqli reytinqləri var.

Sözügedən məqaləni maraqlı edən cəhət ondan ibarətdir ki, istinadlar və başlıq istisna olmaqla, ümumilikdə 2 cümlə və 27 sözdən ibarətdir.

Məqaləyə keçməzdən əvvəl protonun kütləsinin elektron kütləsinə nisbətindən danışaq. Proton kütləsinin elektron kütləsinə nisbəti əsas sabitin bir növüdür. Ancaq bu nisbət hələ də ölçülməsi lazım olan bir rəqəmdir. Bu sabitin dəyəri çox fərqli olsaydı, atomlar ümumiyyətlə əmələ gəlməyə bilər və Kainatımız ulduzlardan, qalaktikalardan və insanlardan məhrum olardı. Əgər bu sabitin dəyəri zamanla dəyişsəydi, bu, Kainatın təkamülü üçün geniş nəticələrə səbəb ola bilərdi.

Göründüyü kimi bu nisbət Kainat üçün çox əhəmiyyətlidir və nisbət haqqında ətraflı məlumat başqa bir məqalənin mövzusudur. Məqaləni araşdırmağa davam etsək, başlıqdan da anlaşılacağı kimi, proton və elektron kütlələrinin nisbəti qeyd olunur. Məqalənin özü isə aşağıdakıdır:
Protonun elektron kütlə nisbəti üçün cari ən dəqiq dəyər 1836.12±0.05-dir. Bu rəqəmin 6π5=1836.12 ilə eyni olduğunu qeyd etmək maraqlı ola bilər.
Bu günün daha həssas üsulları ilə ölçülən bu nisbət  1836.15267343 ± 0.00000011   olaraq verilmişdir.

Mənbə: evrimagaci.org

Hazırladı:Sevinc Bağırova

Paylaş
Şərh əlavə et