Bu gün:

Fevralda niyə hər 4 ildən bir 29 gün var?


Təqvimdə hər dörd ildən bir fevral ayı bir gün daha uzun göstərilir. Belə illəri “sıçrayış ili” də adlandırırlar. 2024-cü il də o illərdən biridir. Bu il fevralın 29-da doğulanlar dörd ildən sonra ilk dəfə doğum günlərini dəqiq gündə qeyd edə biləcəklər. Ona görə də bu il 365 yox, 366 gün olacaq.


Bəs sıçrayış ili hansı səbəbdən yaranıb?

Yerin Günəş ətrafında fırlanması üçün düz 365,2422 gün lazımdır. 16-cı əsrdə başlayan Qərb təqvimində bir il 365 gün olaraq təyin edilmişdir. İlin qalan 0,2422-si – beş saat, 48 dəqiqə və 46 saniyə dörd ildən bir əlavə gün hesab olunur. Bu tənzimləmə sayəsində saatlarımız yerin fırlanmasına və fəsillərə uyğun olaraq qalır. Fevral üç ildə 28 olduğu halda, təqvim yarpaqları dörd ildən bir 29-u göstərir.

Bəs niyə başqa ay yox, fevral?

Bunun cavabı eramızdan əvvəl I əsrə gedib çıxır. Roma lideri Yuli Sezar astronomlara Roma təqvimini hazırlamaq tapşırığı verdi. Roma təqvimi 355 gündən ibarət idi, hər iki ildən bir əlavə ay 22 gün idi. Təqvimin fəsillərlə harmoniyası tamamilə pozulmuşdu. Sezarın əmri ilə hazırlanan təqvimdə bir il 365 gün olaraq təyin olundu. Dörd ildən bir gün kimi bir neçə əlavə saat əlavə olunmağa başladı. Beləliklə, “sıçrayış ili” yarandı. Halbuki o dövrdə fevral ayı normal olaraq 29 gün, sıçrayış illərində isə 30 gün olurdu. Avqustda da 30 gün var idi.

Tarixçilərin fikrincə, yeni Roma İmperiyasının başçısı olmuş və Yuli Sezar kimi önəmli olmaq istəyən Avqust uzun bir ayın onun adının verilməsini istəyirdi. Çünki Yuli Sezarın adını daşıyan iyulun 31 günü var idi. Buna əsasən fevral ayı bir gün qısaldıldı və avqusta bir gün əlavə edildi.

29 fevral maaşlı işçilər üçün nə deməkdir?

Aylıq maaş alırsınızsa, sıçrayış illəri sizin üçün sərfəli deyil. Texniki olaraq, o gün maaş almadan işləyirsiniz, çünki maaşınız 366 günlük il ərzində eyni qalır. Bunu dərk edən ABŞ-də orta məktəb müəllimi 2008-ci ildə “Uzun il inqilabında iş saatının olmaması” layihəsinə başlayıb. Lakin bu “inqilabi təşəbbüs” həyata keçirilmədi. İldə bir əlavə gün üçün iqtisadi əlverişsizliyi aradan qaldırmaq ideyası təxminən 1000 ildir mövcuddur.

Mənbə: bbc.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et