Bu gün:

Astrologiya nədir?


Astrologiya Qədim yunanca ulduz mənasını verən “astro” və düşüncə, məntiq kimi mənalarda işlənən “logiya” sözlərindən ibarətdir. Bu anlayışı müəyyən etmək istəsək, bu, “göy cisimlərinin mövqelərinin və hərəkətlərinin yer üzündəki həyata necə təsir edə biləcəyi ilə məşğul olan sahədir”. Bundan əlavə onu da vurğulamalıyıq ki, astrologiya gələcək haqqında danışmaq kimi falçılıq missiyası deyil.


Mütəxəssis astroloqlar sizi gələcəkdə nələrin gözlədiyini deyil, səmadakı qarşılıqlı təsirin sizə necə təsir edə biləcəyini proqnozlaşdırmağa çalışırlar. Həyatınızın eşqini nə vaxt tapacağınızı iddia etməkdənsə, əhvalınızın yeni bir sevginin qapısını açmağa daha uyğun olduğunu təxmin edirlər.

Astrologiya ilə bağlı ən çox düşündürücü suallardan biri də “Astrologiya elmdirmi?” sualıdır. Astrologiya və astronomiya bir-biri ilə müqayisə edildikdə astrologiyanın şərh edilə bilən bir sahə olması beyinlərdə şübhələr yarada bilər. Ancaq populyar mədəniyyətin bir hissəsinə çevrilmiş astrologiyanın qavrayışı təəssüf ki, mənşəyindən uzaqlaşıb. Bununla belə, mütəxəssislər tərəfindən edilən astroloji şərhlərdə ciddi müşahidələr və statistik məlumatlar var. Səma cisimlərinin kütlə çəkisi, onların ətraf mühitə elektromaqnit təsiri və planetlər arasındakı cazibə qüvvələri kimi bütün fiziki elementlər astroloji tədqiqatların əsasını təşkil edir. Bu elementlər çərçivəsində aparılan müşahidələri oxumaq üçün ətraflı riyazi hesablamalar və statistik təhlillər tələb olunur. Buna görə də astrologiya astronomiya, fizika və riyaziyyat kimi elmlərə əsaslanır. Astrologiyanın müşahidə və statistikaya əsaslanan bir elm sahəsi olduğunu deyə bilərik. Analitik psixologiyanın banisi Karl Qustav Yunq da göy cisimləri ilə psixologiya arasındakı qarşılıqlı əlaqəni qəbul etmişdir. Yunq səma fəaliyyətinin insan psixologiyasına davamlı təsiri olduğunu və astrologiyanın psixoloji tədqiqatlara böyük töhfə verəcəyini müdafiə edərək psixoloji astrologiyanın əsaslarını qoyub və Londonda Psixoloji Astrologiya Mərkəzini təsis edib. Onu da əlavə edək ki, səmadakı fəaliyyəti oxuya bilmək ciddi təlim və bilik tələb edir. Ən dəqiq şərhlər həqiqətən ixtisaslaşmış astroloqlar tərəfindən edilə bilər. Bu şərhlərlə özünüzü və əhvalınızı kəşf edə, kainatdakı tarazlığın sizə hansı istiqamətdə və nə dərəcədə təsir edə biləcəyini öyrənə bilərsiniz. Bu baxımdan astrologiyaya həyat bələdçisi kimi baxa bilərsiniz.

Mənbə: mibosowellbeing.com

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et