Bu gün:

Niyə qəzet oxumalıyıq?


Qəzet oxumaq vərdişini qazanmaq çox vaxt tələb edir, ona görə də şagirdlər qəzet oxumağa məktəb yaşlarından başlamalıdırlar. Gəlin qəzet oxumağın nə üçün vacib olduğundan danışaq.

Məlumatlı oluruq

Hər gün qəzet oxumaqla ölkədə və xaricdə baş verən hadisələrdən xəbərdar oluruq. İğtişaşların olduğu və sabitliyin hökm sürdüyü ərazilər, qlobal dəyişikliklər, hökümət iclasları, dövlət strategiyası kimi məlumatlar bu siyahıya daxildir. Qəzetdə idman , siyasət, şəxsi inkişaf və əyləncə ilə bağlı bütün xəbərlər, statistik məlumatlar təqdim olunur.

Analitik bacarıqları gücləndirir

Qəzet oxumaqla siz təkcə informasiya əldə etmirsiniz, həm də müxtəlif mövzularda qazandığımız biliklər sayəsində informasiyanı təhlil edə bilirsiniz.

Söz ehtiyatımız zənginləşir

Qəzetlərdə olduqca müxtəlif mövzular haqqında məlumatlar var və çox informasiya çox söz deməkdir. Müşahidə etsəniz, özünüz də görə bilərsiz ki, qəzet oxoxuyahər bir insan daha yaxşı yazı və danışıq qabiliyyətinə malikdir.

Yaradıcılıq bacarıqları qazandırır.

Çap mediyasından faydalanmağın bir digər üstünlüyü yaradıcı yazı bacarıqlarını formalaşdırmasıdır. Əgər hər gün bir neçə qəzet məqaləsi oxusanız, yazının strukturu, hekayə tipli yazı formatının qurulması haqqında çox şey öyrənəcəksiniz. Müasir dövrdə hekayəçiliyin əhəmiyyəti isə göz önündədir.

Konseptual insan

Bir sıra yerli və beynəlxalq imtahanlardan, müsahibələrdən keçmək üçün ümumi dünyagörüşünə sahib olmaq lazımdır. Ümumiyyətlə, ixtisasınızdan asılı olmayaraq ümumi məlumatlılığa həmişə ehtiyac var. 


Qəzet oxumaq bizim şəxsiyyətimizə təsir göstərir. Başa düşmək lazımdır ki, qəzet informasiya əldə etmək vasitəsi olmaqla kifayətlənmir. Sizin hərtərəfli inkşafınıza xidmət edir, özünə hörməti artırır, zehni qabiliyyətləri gücləndirir. 


Mənbə: careerguide.com

Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et