Bu gün:

Yuxu apnesi nədir? Obstruktiv yuxu apne sindromu


Yuxu gündəlik həyatın kəsildiyi və ya bir müddət boşa getdiyi bir vaxt deyil. Zehni və fiziki sağlamlığımızın hər gün yenilənməsi üçün vacib olan həyatımızın üçdə birini əhatə edən aktiv bir dövrdür.

Yuxu pozğunluqları trafik və peşə qəzalarına səbəb ola biləcəyi üçün onu  xalq sağlamlığı problem də adlandırırlar. Bəzi yuxu pozğunluqları olan insanlar düşmək və ya yuxuda qalmaqda çətinlik çəkirlər. Digər yuxu pozğunluqları isə həddindən artıq gündüz yuxusuna səbəb olur. 

Yuxuda tənəffüs pozğunluqları

Bu xəstəlik qrupunda ən çox rast gəlinən xəstəlik Obstruktiv yuxu apne sindromudur. Bu sindromun ən ümumi simptomu xoruldamaqdır. Xoruldama yuxu zamanı yüksək nəfəs ilə görünür. Bəzi insanlar xoruldaması ilə onunla  eyni yatağı paylaşanları, eyni evdə qalanları və hətta qonşuları belə  narahat edə bilər. Bu vəziyyət səs-küyün dərəcəsinə görə yuxu zamanı boğaz daralması ilə əlaqədardır.

Araşdırmalar xoruldamağın yaşla artdığını, orta yaşlı və yaşlıların təxminən yarısının xoruldadığını göstərir. Xoruldamaqda rol oynayan boğazın daralması daha bariz olduqda, tənəffüs yolu tamamilə tıxanır, tənəffüs dayanır (apne). Yüksək xoruldama arasında uzun müddət (10 saniyədən çox) nəfəsi dayandırdıqdan sonra nəfəs alma və yüksək xorultu ilə davam edən bu vəziyyətə obstruktiv yuxu apne sindromu (obstruktiv yuxu apne sindromu) deyilir.

Yuxuda nəfəs alma xəstəliyi (Obstruktiv yuxu apne sindromu)

Yuxuda nəfəs alma xəstəliyi – yuxu zamanı boğazdakı tıxanma səbəbindən təkrarlanan tənəffüs pozğunluqları (tənəffüs dayanması: apne , nəfəs darlığı: hipopne) nəticəsində inkişaf edir. Yuxu müddətində tənəffüsün tamamilə kəsilməsi və ya əhəmiyyətli dərəcədə azalması səbəbindən yuxunun pozulmasına və qanda oksigen nisbətinin azalmasına səbəb olur. Nəfəs ala bilməməyimiz oyanmaqla bitir və nəfəs yenidən başlayır. Oyaqlıq sinir sistemində qıcıqlanmaya, müvafiq sinir sisteminin ürək və damarlara təsiri qan təzyiqinin artmasına səbəb olur. 

‘Obstruktiv yuxu apne sindromu’ diaqnozu üçün yuxu laboratoriyasında yuxu və tənəffüsün qeyd edilməsi və araşdırılması vacibdir. Bundan əlavə, təzyiq terapiyası tətbiq olunacaq xəstələrdə müalicəni tənzimləmək üçün yuxu laboratoriyasında işləmək lazımdır. 

Obstruktiv yuxu apne sindromu böyük sağlamlıq problemlərinə (xəstəlik və ölüm) səbəb olur. Yuxunun kəsilməsi, oksigenin azalması, simpatik sinir sisteminin stimullaşdırılması, hipertoniya, tənəffüs və ürək çatışmazlığı, ürək aritmi, artıq çəki (piylənmə) kimi klinik nəticələr inkişaf edə bilər. Yuxusuzluq diqqət və sürücülük tələb edən işlərdə çalışan insanlarda qəzalara da səbəb ola bilər. Nəticə olaraq xəstələrin ətrafdakı insanlarla uyğunlaşması pisləşə bilər, iş səmərəliliyi və həyat keyfiyyəti aşağı düşə bilər.

Obstruktiv yuxu apne sindromu müalicə edilə bilən bir xəstəlikdir. Bu gün obstruktiv yuxu apne sindromunda effektivlik göstərilib və müalicə metodu burundan maska vasitəsilə tətbiq olunan təzyiq terapiyasıdır. Müalicənin məqsədi yuxu zamanı bağlama tendensiyası artan yuxarı hava yolunu kənardan müsbət təzyiq göstərməklə saxlamaqdır.

Mənbə: cnnturk.com 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et