Bu gün:

Banan necə böyüyür?


Banan Cənub-Şərqi Asiyaya aid bir meyvədir. Tropik iqlimlərin meyvəsi olsa da, bəzi mikroiqlim bölgələrində də böyüyə bilər. Banan ağacı ideal şəraitdə 2-3 metr hündürlükdə böyüyə bilən, bənövşəyi çiçəklər açan, meyvələri yeməli olan otlu ağacdır. Bütün iqlim xüsusiyyətlərinə və tələblərinə əlavə olaraq banan zərif və həssas qayğı tələb edən bir bitkidir. Ancaq meyvələrinin dadını nəzərə alsaq, böyümə prosesi inanılmaz bir təcrübədir. Bəs kino və sənədli filmlərdən görməyə adət etdiyimiz yamyaşıl banan ağacı necə böyüyür? 


Bananları necə yetişdirmək olar?


Banan isti və nəmli yerləri sevir. Bu səbəbdən kommersiya məqsədi ilə yetişdirmək istəyənlər ideal bir bölgə təyin etməlidirlər. Böyümə prosesində də tam günəş işığı tələb edir. Banan ağacının torpağa olan tələbatına nəzər saldıqda görürük ki, onun üçün yaxşı süzülmüş, zəngin və üzvi gübrəli torpaq tələb olunur. Banan ağacları pH səviyyəsi 5,5 ilə 6,5 arasında dəyişən bir az turşu torpaqlarda daha yaxşı böyüyür. Tropik iqlim bizə həmişə yağış meşələrini xatırladır. Buradan başa düşürük ki, banan ağacının inkişafı üçün bol suya və nəmə ehtiyacı var. Digər tərəfdən, suvarılmasına nəzarət edilməlidir, həddindən artıq suvarma bitkidə kök çürüməsinə səbəb ola bilər. İdeal temperatur tələbi 25 dərəcədir. Uyğun şəraitdə 3 metrə qədər böyüyə bilən banan ağacında meyvələr "hevenk" adlanan böyük salxımlar halında böyüyür və üzərində təxminən 50-100 meyvə olur. 


Mənbə: haberturk.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et