Bu gün:

Sosial şəbəkələrdə hansı məlumatlar potensial işəgötürənləri qorxudur?


Sosial şəbəkələrdə hansı məlumatlar potensial işəgötürənləri qorxudur?

Bir çox insanlar sosial şəbəkələrdə din və siyasət haqqında fəal şəkildə çıxış edirlər ki, bu da əslində onların irəliyə doğru düşünməməsidir. Birincisi, potensial müdiriniz fikirləri üst-üstə düşməyən işçini qəbul etməyə bilər. İkincisi, emosional və kobud dillə çaşdıra bilər. Heç kimə aqressiv və balanssız bir insan olduğunuzu düşünməyə əsas verməyin. Heç bir halda abunəçilərinizi təhqir etməyin və həssas mövzularda zarafat etməməyə çalışın. 2013-cü ildə X-də (Twitter) bir yazı böyük bir korporasiyada PR mütəxəssisi Justine Sacco-nun karyerasını sözün əsl mənasında məhv etdi. Amerikalı Cənubi Afrikadakı qohumlarını ziyarət etmək niyyətində idi və uçuşdan əvvəl hesabında yazdı: “Mən Afrikaya uçuram. Ümid edirəm ki, QİÇS-ə yoluxmayacağam! Sadəcə zarafat edirəm, mən qara dərili deyiləm”.Onun cəmi 170 izləyicisi olsa da, paylaşım viral oldu. O, ölkəyə gələndə işini itirdiyini anladı və yerli sakinlərdən heç biri onu heç bir oteldə yerləşdirmək istəmədi.

Nitqdəki səhvlər işəgötürən üçün qırmızı bayraqdır, o da işdə özünüzü eyni şəkildə ifadə etdiyinizi güman edəcəkdir. Bu səhlənkarlıq xoşagəlməzdir, çünki istənilən yazı həmişə redaktə edilə bilər. Əgər bütün nəşrləriniz zəif tərtib olunubsa, abunəçilərinizin onları oxuması çətin olacaq. Bundan belə nəticə çıxır ki, siz başqalarının rahatlığına əhəmiyyət vermirsiniz. Digər vacib məqam səhifənin estetik cəlbediciliyidir, xüsusən də SMM redaktoru, marketoloq və ya dizayner kimi vakansiyaları nəzərdən keçirirsinizsə, burada vizual komponent çox vacibdir. Yazılarınız monoton və darıxdırıcıdırsa, çətin ki, şirkət hesabınız üçün gözəl bir şey edə biləsiniz.

Gəmiyə nə ad qoyursan, o belə üzəcək. Ona görə də hüquqşünas və ya hakim kimi işə müraciət edərkən özünüzü hər yerdə rəssam və ya model kimi təqdim etməyə ehtiyac yoxdur. İşəgötürən məntiqi olaraq prioritetlərinizin nə olduğunu soruşa bilər. Axı ona öz sahəsinin mütəxəssisi olacaq işçi lazımdır. Özünü axtaran insan, açıq-aydın həyatda nə etmək istədiyinə qərar verməyib. Bu o deməkdir ki, o, hər an gözlənilmədən gedə bilər. Ona görə də sosial şəbəkələrdə incəliklə kim olduğunuzu nümayiş etdirməyiniz məsləhətdir.

Sosial şəbəkələrinizdə kitablar, tarix, moda və ya hər hansı digər sahə ilə bağlı bəzi fikirləriniz varsa, həqiqətən də mövzunu başa düşdüyünüzü hiss etmək istərdiniz. Buna görə də, hekayələrinizdə şübhəli şayiələr və qalmaqalları təkrar dərc etməyə tələsməməlisiniz. Məlumatı diqqətlə yoxlayın və həmişə orijinal mənbəyə müraciət edin. Əks halda, potensial müdiriniz sizin də işə münasibətinizdə məsuliyyətsiz olduğunuzu düşünəcək.

İşəgötürən sizin necə bir insan olduğunuzla maraqlanır. Axı iş ruhunu qorumaq üçün komanda quruculuğu və korporativ görüşlər təşkil olunur. Yaxınlıqda danışmaq istədiyim birinin olmasını istəyirəm. Və hobbi söhbətə başlamaq üçün əla səbəbdir.

Mənbə: lifehacker. ru

Tərcümə etdi: Aytac Şirəliyeva

Paylaş
Şərh əlavə et