
Plastik butulkaların zərərləri
Plastik butulkalardan istifadə etməklə siz nəinki suyunuzun dadını, keyfiyyətini və tərkibini korlayır, həm də bilmədən sağlamlığınıza və təbiətinizə zərər verirsiniz.
Gün ərzində su daşımaq lazım gəldikdə, yüngül və daşınması asan olduğu üçün plastik butulkalara üstünlük verilir. Biz bu rahatlığı gördüyümüz halda, onun həm insan orqanizminə, həm də təbiətə vurduğu böyük zərər göz ardı edilir. Plastiklərin təbiətdə parçalanması 1000 ilə qədər vaxt apara bilər və plastik tullantıların 50%-dən çoxu bir dəfə istifadə edilərək təkrar emal olunmadan birbaşa zibilliyə və təbiətə atılır və bu səbəbdən dünyada plastik zibil tullantıları getdikcə artır. Araşdırmalara görə, təbiətdə ən çox zibilin plastik olduğu məlumdur.
Plastikin tərkibində olan kimyəvi maddələr təbiətlə yanaşı insan sağlamlığı üçün də çox zərərlidir. Plastik şüşələr içindəki suyun pH dəyərinin və keyfiyyətinin azalmasına səbəb olur. Plastik şüşələr PET adlı polimerdən hazırlanır. Bu maddəni əldə etmək üçün neftdən istifadə olunur və gördüyünüz kimi, su içmək üçün bir maddənin tərkibində yağ olması insan sağlamlığı üçün çox zərərlidir. Məsələn, plastik şüşələrin istehsalında istifadə edilən başqa bir maddə olan BPA (Bisfenol A) hormon pozğunluqlarına, xərçəngə, sonsuzluğa və inkişaf pozğunluğuna səbəb ola bilər. Bu zərərli maddələr təkrar istifadə edilə bilər. Plastik butulkalar yerinə şüşə butulkaları seçsəniz, suyunuzun dadı, qoxusu, ətri və dəyəri heç bir şəkildə dəyişməyəcək.
Şüşə istehsalında sağlamlığa zərərli mikroorqanizmlərdən və kimyəvi maddələrdən istifadə edilmir. Həm də plastikdən təkrar emal etmək çox asandır, birbaşa əridilə və yenidən formalaşdırıla bilər. İstifadəsi sağlam olduğundan və şüşə butulka və ya küpdən istifadə çox uzun ömürlü olduğu üçün plastiklə müqayisədə istifadə edildikdə təbiətə demək olar ki, zərər verməzsiniz.
İçməli suyunuzu evdə şüşə qablarda və butulkalarda qəbul edə, evdən uzaqlaşdığınız zaman isə şüşədən istifadə edərək həm bədəninizə, həm də təbiətinizə zərər vermədən ən ləzzətli və saf içməli suyunuzu özünüzlə aparıb qəbul edə bilərsiniz.
Mənbə: evinizce. com
Tərcümə etdi: Aysel Aslanova
