Bu gün:

Çernobıl Atom Elektrik Stansiyası nə vaxt tikilib?


Çernobıl Atom Elektrik Stansiyasının tikintisinə 1970-ci ildə o vaxt Sovet İttifaqının tərkibində olan Ukrayna SSR-də başlanılıb. Elektrik stansiyasında çalışan işçilər və onların ailələri üçün Pripyat şəhəri üç kilometr aralıda yaradılıb.

Elektrik stansiyasının ilk reaktor bloku 1977-ci ildə işə salınıb. Daha sonra daha üç enerji blokunun tikintisi başa çatdıqdan sonra illik enerji istehsalı 29 milyard kilovatsaata çatıb. Çernobıl Atom Elektrik Stansiyasının hər birinin gücü 1000 MVt olan 12 reaktorla dünyanın ən böyük atom elektrik stansiyasına çevrilməsi planlaşdırılırdı. 

Partlayışdan əvvəl elektrik stansiyası dörd reaktorla işləyirdi və iki reaktor tikilirdi. Qəzaya uğrayan dördüncü bölmə üç il idi ki, işləyirdi.

Mənbə: BBC

Tərcümə etdi: Fatimə Şükürova



Paylaş
Şərh əlavə et