Günəş sistemində Günəşdən sonra ən böyük göy cismidir. Yupiteri adi gözlə müşahidə etmək olar. Onun kütləsi digər planetlərin ümumi kütləsindən 2,5 dəfə çoxdur. Bu ən güclü maqnit sahəsinə və ən böyük maqnitosferə malik planetdir.

Çox sürətli fırlanan planet öz oxu ətrafında fırlanmasını təxminən 10 saata, orbitini isə təxminən 12 ilə tamamlayır.
Günəş sisteminin ən böyük peyki olan Qanimeddən (diametri 5260 km) başqa, Kallisto, İo və Avropa onun digər böyük peykləridir.
Qalileo Qaliley Yupiterin bu dörd ən böyük peyklərini ilk dəfə 1610-cu ildə hazırladığı sadə teleskopla müşahidə etmişdi. Bu səbəbdən İo, Avropa, Qanymede və Callisto peykləri Qalileo peykləri kimi tanınır.
Yupiterin peyki Avropa Günəş sistemində həyat üçün ən uyğun yerlərdən biri hesab olunur. Çünki Avropanın səthini örtən qalın buz təbəqəsinin altında maye su okeanlarının olduğu təxmin edilir.
Mənbə: bilimgenç
Tərcümə etdi:Aynur Mikayılova
