Yunan mifologiyasına görə adlandırılan Saturn Titanların rəbbi Kronoya qarşı çıxan tanrının adıdır. Şənbə adından törəmə ingilis mənşəli bir söz olduğunu da söyləmək mümkündür. Digər tərəfdən, Saturn Yerdən adi gözlə görülə bilən ən uzaq planetdir. Üstəlik, Saturnun unikal halqalarını teleskop vasitəsilə görmək olar.

Uran və ya Yupiter və Neptunun da halqaları olsa da, Saturnun halqaları qeyri-adi imtiyazları ilə digərlərindən seçilir. Daha çox hidrogen və heliumdan ibarət olan Saturnu qaz nəhəngi kimi təsvir etmək mümkündür. Nəhəng kimi tanınmasının səbəbi yerdən təxminən 760 dəfə böyük olmasıdır. Eyni şəkildə onun kütləsinin Yerdən 95 dəfə ağır olduğunu söyləmək mümkündür. Çox sıx bir kütləyə malik olsa da, su kimi yüngül olduğunu da söyləmək olar. Saturn möhtəşəm vizual halqaları ilə günəş sistemindəki ən xüsusi planetlərdən biridir. Eyni zamanda, təəccüblü və maraqlı xüsusiyyətləri ilə hələ də tədqiq olunan planetlər sırasındadır. Saturn ilk dəfə kəşf ediləndə onun halqaları peykləri kimi tanınırdı.
Mənbə: Milliyet
Tərcümə etdi: Aynur Mikayılova
