
Haqqında bu qədər fikir yaranan və ruhla bədən arasındakı əlaqəni təmin etdiyi bilinən epifiz vəzi, həqiqətən, mövcuddurmu? Üçüncü gözümüz hesab edilən epifiz haqqında nə qədər məlumatlıyıq? Epifiz beynin ortasında həndəsi şəkildə yerləşən kiçik vəzidir və insanların həyatına əhəmiyyətli təsir göstərir. “Pineal vəzinin ruhla bədən arasındakı əlaqəni təmin etməsi sadəcə söz-söhbətdir” deyənlər üçün dərhal məqaləmizin təfərrüatlarına keçək.
Mistik situasiyalar həyatımızın hər yerində baş verir. İnanmasaq da, bir müddət sonra özümüzü bu çıxılmaz vəziyyətdə tapırıq. Məlumdur ki, epifiz bizi bu mistik elementlərə aparır. Epifiz vəzinin başqa adı "Pineal gland"dır. Bəs bu epifiz nədir?
Epifiz beynin kiçik daxili vəzidir. Beyindəki əsas funksiyası serotonin və melatonin ifrazını həyata keçirmək, həmçinin tənzimləmək olan bu toxuma parçası bədənimizdə sadə bir hissə kimi görünmür. Epifiz vəzi haqqında qədim dövrlərə aid saysız-hesabsız hekayələr var.
Epifizlə bağlı şayiələrdən hansı doğrudur?
Epifiz formasına görə şam qozasına bənzədiyindən ingiliscə ona “pineal bez” deyirlər. Məlumdur ki, o, beynimizdə insanları ruhən fərqli bir dünyaya bağlayan üçüncü göz kimi yerləşir.
Onun forması ilə bağlı dünya tarixindən bəzi təəccüblü nümunələr də var. Məsələn, Filosof Dekart insan ruhunun bu vəzdə yerləşdiyini iddia edirdi.
Müəyyən mənada epifizdə üçüncü gözə də vurğu var. Struktur olaraq gözlərə bənzəsə də, ən böyük fərq gözlərimizin işığa həssas olması və ətrafda işıq varsa, epifiz vəzinin aktivləşməməsidir. Epifiz vəzi qaranlıq mühitdə işləyir və serotonin, melatonin ifraz etməyə başlayır.
Mənbə: cnnturk.com
Tərcümə etdi: Aydan Qasımova
