Bu gün:

Oğuz Atay kimdir?


Oğuz Atay ədəbi şəxsiyyəti və əsərləri ilə türk ədəbiyyatında iz qoymuş dramaturqdur.

Oğuz Atayın həyatı

Oğuz Atayın həyatı oxucularında böyük maraq doğurur. Onun doğum tarixi 12 oktyabr 1934-cü ildir. Kastamonu İnebolu rayonunda anadan olub. Atası Cəmil Atay yüksək cinayət hakimi və keçmiş Cümhuriyyət Xalq Partiyasından millət vəkili olub. Atası sərt, anası isə çox mərhəmətli biri olub. 1951-ci ildə bu gün TED Ankara Kolleci kimi tanınan Ankara Maarif Kollecini bitirib. Daha sonra İstanbul Texniki Universitetinin İnşaat fakültəsini bitirib. Əsgərlikdən sonra Kadıköy bərə estakadasının tikintisində çalışıb. Bu vəzifədən istefa verdikdən sonra o, əvvəllər Yıldız Texniki Universiteti kimi tanınan İstanbul Dövlət Mühəndislik və Memarlıq Akademiyasının İnşaat bölməsində müəllim olub.  O, universitetin son illərində tanış olduğu və ailə qurduğu Fikriyə Gürbüzdən 6 ildən sonra boşanıb və Sevin Seydi ilə münasibət qurub. 1974-cü ildə Pakize Kutlu ilə ikinci dəfə ailə həyatı qurub.

Oğuz Atay haralıdır?

Oğuz Atayın haralı olması ilə maraqlananlar üçün deyək ki, o, Kastamonu İnebolu rayonundandır.

Oğuz Atay nə vaxt vəfat edib?

13 dekabr 1977-ci ildə  beynindəki şiş səbəbindən dünyasını dəyişib.

Oğuz Atayın ilk əsəri nədir?

Oğuz Atayın ilk əsəri “Tutunamayanlar” romanıdır.

Mənbə: inkilap.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et