Bu gün:

Sabahattin Ali


Sabahattin Ali (25 fevral 1907, Eğridere - 2 aprel 1948, Kırklareli)  Cümhuriyyət dövründə roman, hekayə, şeir və pyes kimi janrlarda 15-dən çox əsər yazan sosialist, realist türk şairidir. 

Atasının işlədiyi Bolqarıstanın Gümülcine rayonunun Eğridere rayonunda Kapitan Ali Səlahəddin bəylə Hüsniyə xanımın ilk övladı olaraq dünyaya gəlib. Fikrət və Süheyla adlı iki bacısı var.

Sabahattin Ali təhsil həyatına Üsküdar Doğancılardakı Füyuzatı Osmaniye məktəbində başlayıb. Uğurlu şagird olan Sabahattin Ali İstanbul Müəllim Məktəbini müəllim diplomu ilə bitirib. Bir çox ədəbi janrlarda əsərlər yaradıb, əsərləri ilə türk ədəbiyyatının öndə gedən adlarından biri olub.

O, 1948-ci il aprelin 2-də Kırklarelidə ona qarşı açılan iddialarla Bolqarıstana qaçmaq istəyərkən ona bələdçilik edən Ali Ertekin tərəfindən başına çubuqla dəfələrlə zərbə vurularaq öldürülüb.

Sabahattin Ali bir çox dillərə tərcümə edilmiş əsərləri ilə dünyanın bir çox ölkələrində tanınan yazardır. 

Sabahattin Alinin ilk əsəri hansıdır?

Onun ilk hekayəsi 1924-cü il mayın 3-də “Yeni yol” jurnalında çıxan “Horoz Mehmet” hekayəsidir. Sabahattin Əli bu hekayəni 17 yaşında "Gültəkin" təxəllüsü ilə yazıb. Dr. Ali Duymazın araşdırması nəticəsində ortaya çıxan bu hekayə Sabahattin Alinin hekayəçiliyinin bütün xüsusiyyətlərini daşıyır.

Sabahattin Alinin ən əhəmiyyətli romanı hansıdır?

Yazıçının ən məşhur romanı "Xəz paltolu Madonna"dır.


Mənbə: birgun.net

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et