
Gündə orta hesabla 35-40 metr məsafə qət edən tənbəllər çox yavaş hərəkət etdikləri üçün müxtəlif dillərdə belə adlandırılır. Əslində, bu ifadə tək bir canlı növü üçün işlədilmir. Cəmi altı müxtəlif növ tənbəl var və iki qrupa bölünür: iki barmaqlı və üç barmaqlı.
Harada yaşayırlar?
Orta uzunluğu 60 sm olan tənbəllər Mərkəzi və Cənubi Amerikanın tropik meşələrində yaşayırlar.
Xüsusiyyətləri nələrdir?
Tənbəllər gecələr hərəkət edir, pişik və yırtıcı quşların ovuna düşməmək üçün bütün günü yatmaqla keçirirlər. Ancaq bu, bütün tənbəllər üçün doğru deyil. Məsələn, üçbarmaqlı tənbəl növlərindən biri olan cücə tənbəllər (Bradypus pygmaeus) digərlərindən fərqli olaraq günün bütün saatlarında hərəkətdə ola bilir. Çünki cücə tənbəllərin yaşadığı Escudo de Veraguas adasında yırtıcı yoxdur. Buna görə də yırtıcıların təhlükəsi ilə üzləşmədikləri üçün istədikləri qədər yata bilərlər.
Tənbəllər yırtıcılardan necə qorunur?
Bu sualın cavabını tənbəllərin kamuflyaj qabiliyyəti ilə izah etmək olar. Tənbəllərin xəzindəki yosunlar və göbələklər ona yaşılımtıl rəng verir. Beləliklə, tənbəlləri yaşadıqları ağaclardan ayırd etmək mümkün deyil, bu da yırtıcıların onları aşkar etməsini çətinləşdirir.
Tənbəllər nə yeyirlər?
Tənbəllər, ümumiyyətlə, yaşadıqları ağacların yarpaqlarını və həşəratlarını yeyirlər. Yeməkdən aldıqları enerji tənbəllərlə təxminən eyni ölçüdə olan digər məməlilərlə müqayisədə qeyri-kafidir. Bununla belə, tənbəllər çox az hərəkət edir və çox az enerji sərf edirlər. Bundan əlavə, onların bədən temperaturu nisbətən aşağıdır (orta hesabla 32ºC), buna görə də bədən istiliyini saxlamaq üçün çox enerji sərf etmirlər.
Mənbə: TÜBİTAK Bilim Genç
Tərcümə etdi: Aminə Paşazadə
