Bu gün:

Niyə qoxu hissi insandan insana dəyişir?



Qoxu hissi insandan insana dəyişir. Bəzi insanlar iylədikləri qoxuları sevmirlər. Bəzilərinin iyrənc hesab etdiyi qoxular başqalarına xoş gəlir. Yaxşı, bəs niyə? Əvvəlcə qoxu qəbulunun necə baş verdiyinə baxaq. İnsan burnunun arxasında iybilmə lampası deyilən bir bölgə var. Qoxu hissi iybilmə lampasının reseptorları buruna daxil olan molekulları aşkar etdikdə və beyinə siqnal göndərdikdə baş verir.

İnsanlarda 350-dən çox qoxu reseptoru var. Qoxunun qəbulu zamanı adətən bir növ reseptor deyil, bir neçə növ reseptor stimullaşdırılır. Üstəlik, təkcə stimullaşdırılan reseptorların növü deyil, həm də bu reseptorların stimullaşdırılma ardıcıllığı vacibdir.

Qoxu reseptorlarının necə işlədiyi tam aydın deyil. Qoxu reseptorlarının işləmə tərzi adətən açar kilidi bənzətməsi ilə izah olunur. Reseptorlar qıfıllara bənzəyir, lakin onlara düzgün formada olan açarlar (qoxu molekulları) bağlandıqda aktivləşirlər. Alternativ olaraq, reseptorların fəaliyyətində kvant mexaniki proseslərin rol oynadığını irəli sürən tədqiqatçılar var.

Fərqli insanların fərqli qoxular haqqında fərqli şərhlər verməsi böyük ölçüdə genetik faktorlarla bağlıdır. İnsanların burunlarında olan qoxu reseptorlarının növləri və sayı onların genləri ilə müəyyən edilir. Fərqli genetik kodu olan insanlar eyni qoxulara fərqli reaksiya verirlər, çünki burunlarında fərqli reseptor dəstləri var.

Mənbə: Bilim Genç Tübitak 

Tərcümə etdi: Aydan Qasımova 

Paylaş
Şərh əlavə et