Bu gün:

Tarixdə ən qədim bişirilmiş yemək tapılıb


Tarixdə ən qədim bişirilmiş yemək tapılıb

 Onu 780 min il əvvəl diqqətlə aşağı və orta istilikdə bişirdilər.

İsrailli arxeoloqlar insanların odda bişirdiyi ən qədim yeməyin qalıqlarını aşkar ediblər.

 Nəsli kəsilmiş iri sazan növünün qalıqlarını təhlil edən tədqiqatçılar heyvanın 780 min il əvvəl aşağı və ya orta istilikdə diqqətlə bişirildiyi qənaətinə gəliblər.

Odun kəşfi insan təkamülündə mühüm mərhələ hesab olunur, çünki o, qədim insanlara qidanı daha asan həzm etməyə və koqnitiv inkişafa daha çox enerji sərf etməyə imkan verib.

 Tədqiqatçıların fikrincə, xüsusilə bişmiş balıqlar beyin inkişafını asanlaşdırmış və nəsli kəsilmiş hominid növlərinin intellektini kəskinləşdirmiş ola bilər. Bunun müasir insanların zəkasının və kulinariya bacarıqlarının əsasını qoyduğu düşünülür.

 "Balıq çiy yeyilə bilsə də, bişmiş balıq daha qidalı, daha təhlükəsiz və daha asan həzm olunur", - o, ekspertlərin rəyindən keçmiş Nature Ecology and Evolution elmi jurnalında dərc olunan tədqiqat məqaləsində yazır:

 Ancaq insanların ilk dəfə balıq bişirməyə nə vaxt başladığı hələ də məlum deyil. Homininlərin atəşi idarə etmək və yemək bişirmək qabiliyyətini ilk dəfə nə vaxt əldə etdikləri barədə də fikir birliyi yoxdur.

 Homo erectusun 1,7 milyon il əvvəl atəşdən necə istifadə edəcəyini başa düşdüyünü göstərən bəzi dəlillər olsa da, onların yemək hazırlamaq üçün oddan istifadə edib etmədikləri məlum deyil.

 Yemək bişirmək üçün od yandırmağın ən erkən birbaşa sübutu təxminən 170 min il əvvəl Neandertal və Homo sapiens populyasiyalarına aiddir.

 Gesher Benot Ya'aqov (Yaqubun Qızları Körpüsü) adlı arxeoloji qazıntı sahəsində aparılan yeni araşdırmalar göstərir ki, 780 min il əvvələ aid çöküntü qaya qatından çıxarılan sazan dişləri köhnə hominid növlərinin balıqlarını da bişirib.

 Tədqiqatçılar bu dişlərdəki kristalların ölçüsünü və quruluşunu təhlil etmək üçün rentgen şüalarından istifadə edərək, bu balıqların 500 dərəcədən aşağı idarə olunan temperaturda bişirildiyini müəyyən ediblər.

 Araşdırmanın müəlliflərindən biri olan Dr. İrit Zohar və Dr. Marion Prevost birgə bəyanatında aşağıdakı açıqlamaları verib:

 Sahədə tapılan çoxlu balıq qalıqları sübut edir ki, bu heyvanlar tez-tez xüsusi yemək üsulları inkişaf etdirən erkən insanlar tərəfindən qəbul edilmişdir.

Mənbə : indyturk. com

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et