Bu gün:

Şam saatları


Şam saatı şam kölgəsinin uzunluğuna görə vaxtı təyin edən və əvvəllər gecələr və buludlu günlərdə istifadə edilən qədim saatdır.


Şam saatları "yanan saatları" kimi də tanınır. Bu tip saatlar Çinli şair You Jianqunun 520-ci ilə aid bir şeirində xatırlanır. Bu şeirdə şamın üzərindəki dərəcənin zamanın keçməsini müəyyən etdiyi izah edilir. 

Oxşar şamlar Yaponiyada 10-cu əsrin əvvəllərinə qədər istifadə olunub. Müasir mexaniki saatlar ixtira olunmamışdan əvvəl istifadə olunan şam saatlarına mismar taxmaq ilə onu zəngli saata çevirmişdilər. Belə ki, lazım olan saata görə şamın uyğun hissəsinə mismar taxılır, şam əriyib həmin yerə çatanda mismar yerə düşüb səs çıxardırdı. Qədim dövrlərdə zəngli saat olmadığı üçün insanlar iş qrafiklərini bu şama görə təyin edirdilər.


Mənbə: bir sey yazmali

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et