Bu gün:

Günəş sistemindəki ən böyük planet hansıdır?


Günəş sistemi günəş ətrafında fırlanan səkkiz planetdən ibarət olan nəhəng evimizdir. Bu planetlərin hər birinin özünəməxsus xüsusiyyətləri var. Günəş sistemindəki ən böyük planet Yupiterdir.

Niyə Yupiter Günəş sistemindəki ən böyük planet hesab olunur? 

Yupiterin həcmi Günəş sistemindəki bütün digər planetlərin həcminin cəmindən 2,5 dəfə böyükdür. Onun diametri təxminən 143.000 kilometrdir. Bu ölçü Yerin diametrindən 11 dəfə artıqdır. Nəhəng ölçüsünə görə Yupiter sistemimizdəki digər planetləri cəzb edə bilər. 

Yupiter əsasən hidrogen və heliumdan ibarət nəhəng qaz kütləsidir. Bu planetin çoxlu peyki var, ən məşhuru isə Günəş sistemindəki ən vulkanik yer hesab olunan İodur. Yupiter ən çox kosmik tədqiqatların keçirildiyi kosmik obyektlərdən hesab olunur. 

Yupiter Günəş sistemindəki digər planetlərə necə təsir edir?

Yupiter Günəş sistemimizdəki ən böyük planet olmaqla yanaşı, həm də güclü cəzbetmə qüvvəsinə malik planetdir. Kütləsi və qravitasiya sahəsinə görə Yupiter digər planetlərin orbitlərinə əhəmiyyətli dərəcədə təsir göstərir, bu da onların yerini və orbitlərinin formasını dəyişməsinə səbəb olur.

Bundan əlavə, Yupiter Yeri və digər planetləri asteroid və kometalardan qoruyur, onları özünə cəlb edir və öz orbitində udur. Deməli, Yupiter günəş sistemimizi həyat üçün təhlükə yarada biləcək bir çox təhlükəli obyektlərdən mühafizə edir. 


Mənbə:dzen.ru 

Tərcümə etdi:Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et