Bu gün:

Asteroid, meteor və meteorit arasındakı fərqlər nələrdir?


Kosmosda Günəş sisteminin 4,6 milyard il əvvəl formalaşdığı toz və qaz buludundan qalan qaya və metal parçaları var. Mars və Yupiter arasında Günəş ətrafında müəyyən orbitdə dövr edən müxtəlif ölçülü və formalı qaya və metal parçalarına asteroid deyilir. 

Asteroid qurşağı adlanan bu bölgədə milyonlarla asteroid var. Asteroidlər planetlərdən kiçik olsalar da, eni yüzlərlə kilometr ola bilər. Məsələn, Asteroid qurşağının ən böyük cismi olan cırtdan planet Ceresin eni 940 km-dir. 

Asteroidlər və ya kometlər kimi müxtəlif göy cisimlərindən qopan kiçik qaya parçalarına meteoritlər deyilir. Meteoritlər bəzən Yer atmosferinə daxil olurlar. Atmosferə daxil olan meteoritlərə meteorlar deyilir. 

Ümumiyyətlə, bir qum dənəsi ilə çınqıl ölçüsü arasında olan meteoritlər atmosferdə yanır. Bu hadisə ulduzlarla heç bir əlaqəsi olmasa da, yanan zaman onların arxasında parlaq bir iz əmələ gəldiyinə baxmayaraq, ona axan ulduz da deyilir. Bəzi meteoritlər Yer atmosferinə daxil olduqdan sonra tamamilə yanmır. Yerə çatan və yerə düşən bu meteoritlərə elə meteoritlər deyilir.

Mənbə: Bilim Genç
Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et