Bu gün:

Ətirin Tarixi Haqqında Bilmədiyiniz 3 Şey


Ətirin Tarixi Haqqında Bilmədiyiniz 3 Şey

Qoxular dünyası bizi həqiqətən daşıya bilər və kim olduğumuz haqqında hekayələr danışa bilər. Ətirlər haqqında hələ də açıqlanmayan çoxlu maraqlı məlumatlar var.

1. Ətrin mənşəyi haradır?

 İlk ətirin mənşəyi ilə bağlı bir çox nəzəriyyələr var, lakin dünyanın ilk ətir istehsalçıları ümumiyyətlə Mesopotamiyalılar, Farslar və Misirlilər hesab edilir. Dünyada ətir istehsal edən ilk şəxs Tapputi adlı kimyaçı qadın olub və Mesopotamiyada, Babildə mirra, yağ və çiçəklərdən ilk qoxunu çıxarıb. Misirdə təxminən 4000 il əvvəl insanlar dini mərasimlərdən tutmuş yas mərasimlərinə və hətta gündəlik həyatda ətirlərdən istifadə edirdilər. Ətir günəş tanrısı Ra-nın təri olaraq görülürdü və buna görə də ətirdən istifadə etmək müqəddəs bir hərəkət idi. Misirlilərin hətta bu gün də ən çox istifadə edilən ətir tərkib hissələrindən biri olan su zanbaqlarından tac taxan Nefertum adlı bir ilahəsi var idi. Farslar da ətiri yüksək qiymətləndirirdilər və qoxular çox vaxt siyasi statusun simvolu hesab olunurdu. Ətirdən o qədər istifadə edirdilər ki, kralların ətir şüşələri ilə təsvir olunması normal hesab olunurdu! Yunanlar və Romalılar İranı (İran) fəth etdikdə, o vaxtdan ətir bir sənət kimi görünməyə başladı. Yavaş-yavaş bütün dünyaya yayıldı və 1190-cı ildə Parisə gəldikdən sonra kommersiya baxımından inkişaf etməyə başladı və indiki nəhəng sənayeyə çevrildi.

2. Dünyanın ilk ətri hansı idi?

 Ətirlərin mənası və statusu hər ölkədə fərqli inkişaf etdiyindən, istehsal edildiyi bildiyimiz ilk müasir ətirdən əvvəl bir çox fərqli qoxular ətir adlanırdı. Halbuki bizim bildiyimiz ətiri, yəni spirt məhlulunda aromatik yağlarla yaradılmış ətri məhz macarlar ixtira etmişlər. Şəxsi istifadə üçün istehsal edilən ilk ətir Macarıstan Kraliçası Elizabet üçün hazırlanmışdır və Avropada Macar Suyu kimi tanınır. Ətirdə əsasən rozmarin və təzə kəklikotu kimi təbii aromalar var idi.

3. Dünyada ən bahalı komponentlər hansıdır?

 Düşündüyünüz kimi olmaya bilər! Ən yaxşı və ən bahalı ətirlər mütləq yağlardan, yəni bitkilərdən və ya müəyyən çiçəklərdən əldə edilən konsentratlı, yüksək aromatik və yağlı qarışıqlardan ibarətdir. Təbii maddələr çox nadir, əldə etmək çox çətin və ya qanunla qorunduğu üçün çox vaxt ən bahalıdır. Dünyanın ən bahalı maddələri jasmin, bolqar qızılgülü, ud, müşk və süsəndir. Dünyanın ən bahalı tərkib hissəsi balinaların həzm sistemində əmələ gələn ənbərdir. Tərkibinin yüksək qiymətinin səbəbi onun təbii ehtiyatlarının tükənməsi, məsələn, təbii ud yağı və ya istehsalının mövsümdən kənar olması, məsələn, Madaqaskardakı ilanq ilanq ola bilər.

 Oriflame ətirlərinin keyfiyyətli komponentləri dünyanın hər yerindən dərinizə çatır! İtaliyadan portağal çiçəyi, Haitidən vetiver, Asiyadan tuberoz, İndoneziyadan səndəl ağacı alınır və siz ətirinizi hər dəfə səpdiyiniz zaman dünyanı yanınızda hiss edirsiniz!


Mənbə : tr. oriflame. com

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et