Bu gün:

Qarpız əslində nədir: giləmeyvə yoxsa meyvə?


Yay aylarında xüsusilə məşhur olan qarpız dadlı, şirin və süslü qida məhsuludur, amma onun adlandırılması tez-tez bizdə suallar yaradır, görəsən, qarpız meyvə, yoxsa giləmeyvədir?

Botanika elminə əsasən qarpız doğrudan da giləmeyvədir. Böyük ölçüsü və görünüşü nəzərə alınarsa, belə düşüncə təəccüb doğurur. Giləmeyvə mayalanmış çiçəkdən əmələ gələn, içərisində pulpa və toxumları olan məhsuldur. Qarpız isə bütün bu xüsusiyyətlərə görə giləmeyvə adlandırıla bilər. 

Bəs niyə biz qarpızı meyvə adlandırırıq?

Ancaq gündəlik həyatımızda qarpızı adlandırmaq üçün tez-tez "meyvə" ifadəsinifadəsindən istifadə edirik. Bunun səbəbi, bütün çiy yeyilə bilən şirin məhsulları meyvə kimi qiymətləndirməyimizdir. Buna görə də, qarpız çox vaxt meyvə kimi tanınır. 

Sonda qarpızı nə adlandırmağımızdan asılı olmayaraq o, yay mövsümünün əvəzolunmaz qidası olaraq qalır. Təravətləndirici dadı və sulu tərkibi onu isti gündə susuzluğumuzu yatırtmaq üçün əla seçimə çevirir. 


Mənbə:techinsider.ru

Tərcümə etdi:Leyla Bayandurlu

Paylaş
Şərh əlavə et