Bu gün:

Raket: Onu kim və nə vaxt icad edib?


Raketlər yanacaq, mühərrik və işlənmiş qazdan ibarət silindrik nəqliyyat vasitələridir. Raketlər hava sürtünməsini minimuma endirmək üçün nəzərdə tutulmuşdur ki, bu da daşıdıqları yükün qısa müddətdə yüksək sürətə çatmasına imkan verir. Raketlərdə bərk və ya maye yanacaq istifadə edilə bilər. Raket mühərrikləri yüksək təzyiq altında yanacaq yandırır. Yanma nəticəsində mühərrikdən ayrılan qazlar yüksək sürətlə işlənmiş qazdan atılır və beləliklə Nyutonun üçüncü hərəkət qanununa uyğun olaraq əks istiqamətdə impuls yaranır.


Raketlərin daşıdıqları yükü sürətləndirmək üçün mühitdə havaya ehtiyac yoxdur. Raketlər çənlərindəki yanacaqdan istifadə edərək kosmosun vakuum mühitində də səyahət edə bilirlər.


Raket nə üçün istifadə olunur?


Raketlərdən pilotlu və ya pilotsuz kosmik missiyalarda, eləcə də hərbi məqsədlər üçün istifadə olunur. Raketlərdən həmçinin fövqəladə hallarda pilotun təyyarədən təxliyə edilməsinə imkan verən ejeksiyon oturacaqlarında istifadə olunur.


Raketlər dedikdə indiki kimi çox inkişaf etmiş sistemləri düşünsək də, ilk sadə raketlər əslində atəşfəşanlıq üçün idi. Eramızdan əvvəl 2-ci əsrdə Çində müxtəlif tədbirlərdə istifadə edilən bu atəşfəşanlıq içərisində barıtla doldurulmuş bambuk çubuqlardan hazırlanmış, eyni zamanda qısa müddətdə partlayacaq və işıq saçacaq kimyəvi maddələr də var idi.


Çinlilər daha sonra 1232-ci ildə monqollara qarşı döyüş vasitəsi kimi raketlərdən istifadə etdilər. Zamanla raketlər bir çox ölkə tərəfindən odlu silah kimi istifadə olunmağa başladı. Bu ölkələrdən biri də Osmanlı İmperiyası idi.


Mənbə: bilimtubitak 

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et