Bu gün:

İlanların dərisini tökməsinin səbəbləri nələrdir?


İlanlar soyuqqanlı heyvandır. Çox vaxt qorxulu görünüşə malik canlılardır. Onların qorxulu, lakin son dərəcə maraqlı həyatları sayəsində bu canlılar haqqında sənədli filmlərdə dərc olunan bir çox şey diqqəti cəlb edir. İlanların həyatı ilə bağlı maraq doğuran görüntülər dərc edilərkən, onların arasında ən çox diqqət çəkən sual ilanların niyə dərisini dəyişdirməsidir.


Məlum olduğu kimi ilanlar müəyyən fasilələrlə dərilərini tökürlər. Xüsusilə, ildə ən azı bir dəfə bu mütləq baş verir. Bu vəziyyətin əsas səbəbi ilanların heyvanlar aləmində sürünənlər sinfinə daxil olan canlılardan biri olması və bu sinfə aid xüsusiyyətlərə malik olmasıdır.


Heyvanlar aləmindəki sürünənlər sinfinə Squamata və ya pullular dəstəsi daxildir. Bu heyvan qruplarından nəsli tükənməyən növlər ilan və kərtənkələlərdir. Bu heyvanlar dərilərini aydın şəkildə və bir növ zərurətdən irəli gələn səbəblərdən tökürlər.


Bir çox ilanlar bədənlərini örtən bu dərini tək parça halında dəyişdirə bilir. Sənədli filmlərdə ən diqqət çəkən məsələ ilanların dərisini soyaraq qabıqlarından çıxdığı kadrlardır. Bununla belə, bəzi ilan və kərtənkələlərdə yamaqlı dəri tökülməsi də müşahidə olunur.


İlanların dərisini soyunmasının səbəbi bədənin böyüməsini, inkişafını, uzanmasını, bir sözlə, indiki halından fərqli bir hala keçməsini təmin etməkdir. 


İlanların bədənini örtən pulcuqlar hamar deyil, Hətta bədənlərinin inkişafına mane olacaq qədər sərtdir. 

İlanlar kimi, tısbağalar və timsahlar da vaxtaşırı dərilərini tökürlər. Ancaq hər canlının dərisini dəyişmə sürəti və tutumu fərqlidir. Bu vəziyyət canlının növündən daha çox, həmin canlının nə qədər sürətlə böyüyüb inkişaf etdiyi və nə qədər yaxşı qidalandığına əsasən dəyişir. 


Mənbə:bilgiustam 


Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et