
Avtotrof orqanizmlər qeyri-üzvi materialları üzvi molekullara çevirərək öz qidalarını istehsal edir; Heterotrof orqanizmlər öz qidalarını istehsal edə bilmirlər.
Bitkilər avtotrofdurlar, çünki öz qidalarını istehsal etmək üçün fotosintezdən istifadə edirlər. Fotosintez zamanı bitkilər şəkər istehsal etmək üçün günəş enerjisindən istifadə edirlər. Onlar bu şəkərdən qida mənbəyi kimi istifadə edirlər. Bəzi avtotroflar kemosintez adlanan bir prosesdən istifadə edərək qida istehsal edirlər. Bu proses zamanı orqanizm kimyəvi reaksiyalar nəticəsində yaranan enerjidən istifadə edərək qida hazırlayır.
Əksər orqanizmlər heterotrofdur, çünki onlar öz qidalarını istehsal edə bilmirlər. Bu orqanizmlər qrupuna bütün növ göbələklər və heyvanlar daxildir. UCSB ScienceLine-a görə bəzi bakteriyalar da heterotroflar kimi təsnif edilir.
Mənbə: 411 answers.com
Tərcümə etdi: Zəhra Niftiyeva
