
Nanəli saqqız çeynəyib su içdikdə ağzımıza buz qoymuş kimi hiss edirik və ya birbaşa nanə yeyəndə nəfəs alarkən ağzımızın içi soyuyur. Bəs niyə?
Bu suala cavab verməzdən əvvəl bir az məlumat verməliyik. Yediyimiz bir şeyin isti və ya soyuqluğunu belə başa düşürük: Yediklərimiz sinirlərimizdə elektrik siqnalı yaradır. Beləliklə, məlumat beynimizə daxil olur və biz o şeyin soyuq və ya isti olduğunu anlayırıq.
Nanə tərkibindəki aktiv maddə olan mentol sayəsində sərinlik hissi verir. Mentol sinir hüceyrələrimizi aldadır və sərinlik hissi yaradır. Sinir hüceyrələrimizdəki məsamələrə təsir edərək onlarda dəyişikliklərə səbəb olur.
Mənbə: Milliyet
Tərcümə etdi: Aydan Qasımova
