Mövzu uşaqlar olduqda biz onların təhsili və gələcəyi üçün ən yaxşısını istəyirik və buna uyğun olaraq sərmayələr qoyuruq. Ancaq ən vacib məsələni gözdən qaçırırıq. Uşaqları gələcəkdə çətinlik çəkəcəkləri bir yüklə üz-üzə qoyuruq. Həyatın hər bir sahəsini formalaşdıran və karyeraları üçün əvəzolunmaz xarici dil təhsili...

Uşaqlar üçün ən yaxşı investisiya aləti-dil təhsili necə olmalıdır?
Uşaqların beyni daha çevik və ahəngdardır. Böyüklərin ən çox çətinlik çəkdiyi, lakin uşaqların zövqlə öyrəndiyi fəaliyyət dil öyrənməkdir. Uşaqların yeni dil öyrənməyə bu meyli müxtəlif tədqiqatlarla təsdiq edilib.
Eyni zamanda, dil təhsili erkən yaşda başlayanda uşaqların böyüklərə nisbətən daha yaxşı tələffüz bacarıqlarına sahib olduğu aşkardır.
Bütün bu yaxınlığın səbəbi uşaqların beyinlərinin çox daha çevik olması və yeni dilə daha asan uyğunlaşmasıdır.
Uşaqlar dil öyrənərkən daha cəsarətli olurlar. Eyni zamanda, onların zehni ana dili ilə tam dolmadığı üçün qaydalardan asılı olmayaraq, öyrənmə prosesi rahat olur. Çünki onlar dili eşitməklə, təkrarlayaraq və təqlid etməklə öyrənirlər. Öyrəndikləri hər şey beynin əsas hissəsində qeyd olunur. Bu, öyrənmə prosesini xeyli qısaldır.
Başqa bir səbəb, bəlkə də ən təsirlisidir. Uşaqlar böyüklərdən daha cəsarətlidirlər. Çünki onlar öyrənərkən narahatlıq və panika hiss etmir və səhv etməkdən qorxmurlar.
Erkən yaşda dil öyrənmək bir çox üstünlüklərə malikdir. Ən mühüm üstünlük qlobal vasitəyə çevrilmiş, dünyanın universal dili olan ingilis dilini erkən yaşda öyrənmək olacaq. Bu, uşağınızın həyatına bir başlanğıc verir. Daha aktiv bir öyrənmə prosesi olduğundan beyin gücünü artırır və beyni necə səmərəli istifadə etməyi öyrədir. Bu vəziyyət onun digər kurslardakı performansına müsbət təsir edir. Tədris prosesinə öhdəlik kimi baxmayacağından xarici dili daha zövqlü şəkildə öyrənəcəklər.
Gələcəkdə keçiriləcək ingilis dili imtahanlarında daha uğurlu olacaqlar.
Yaxşı, bəs uşaqlara dil necə öyrədilməlidir?
Dil təhsilinin yaxşı yerdə düzgün üsullarla aparılması öyrənmə prosesində çox daha faydalı olacaq. Tələbə mərkəzli və layihə əsaslı təhsil sayəsində tələbələr daim bir-birləri ilə və doğma ingilis dili müəllimləri ilə qarşılıqlı əlaqədə olurlar. After-School English metodu sayəsində tələbələr dərsdən sonra dərslərdə oyunlar, fəaliyyətlər və layihələrlə qiymətlərdən narahat olmadan bütövlükdə ingilis dili bacarıqlarını təkmilləşdirirlər.
Öyrənməyi zövqlü etmək lazımdır. Uşaqlarda ingilis dili təhsilini zərurətdən çox əyləncəli fəaliyyətə çevirə bilərsiniz. Bunun üçün:
İngilis dilli cizgi filmlərinə baxa bilərlər;
Səviyyəsinə və yaşına uyğun hekayə kitabları əldə edə bilərsiniz;
Planşet və telefonlarda rahatlıqla oynaya biləcəyi ingilis dilini öyrətmək üçün oyunlar oynaya bilərlər;
Birlikdə əyani oynanılacaq hər hansı oyunlar ola bilər;
Yaşına və səviyyəsinə uyğun ingilis mahnılarından yararlana bilər;
Öyrəndiklərini təkrarlamağa meyilli ola bilər;
Hər gün yeni söz öyrənmək üçün söz kartlarından istifadə edə bilərlər.
Mənbə: edumag.net
Tərcümə etdi: Məryəm Abdullazadə
