Bu gün:

Ayın üfüq səviyyəsində daha böyük görünmə səbəbi nədir?


Ayın üfüq səviyyəsində daha böyük görünməsinin səbəbinin optik illüziya olduğu düşünülür. Lakin alimlər bu vəziyyətin səbəbini tam izah edə bilməyiblər. Bir nəzəriyyəyə görə, qavrayışdakı bu fərq ön planda olan cisimlərdən qaynaqlanır. Bununla belə, təyyarə pilotları ön planda heç bir obyektin olmadığı yüksək hündürlüklərdə oxşar təcrübələrə sahib ola bilərlər.

Başqa bir nəzəriyyə isə bu vəziyyəti insanların səmanı düz bir günbəz kimi qəbul etməsi və beləliklə, üfüqü daha uzaq, səmanın yüksək hissələrini isə daha yaxın qəbul etməsi ilə izah edir. 

Ayın ölçüsü dəyişməsə də, bu vəziyyətin gözümüzün müxtəlif yollarla daha uzaq və daha yaxın qəbul etdikləri cisimlərə fokuslanmasından qaynaqlandığı düşünülür. Aydan əks olunan işığın zərrəciklər tərəfindən ətrafa səpilməsidir. 

Müxtəlif dalğa uzunluqlu işıq şüalarının müxtəlif miqdarda səpilməsi Ayın müxtəlif rənglərdə görünməsinin əsas səbəbidir. Bənzər bir vəziyyət Günəşə də aiddir. Aydan əks olunan işığın atmosferdə yolu üfüq səviyyəsində olduqda daha uzun olduğu üçün qısa dalğa uzunluğunda olan mavi işığın, demək olar ki, hamısı səpələnir və Ay qırmızı-narıncı rəngdə görünür. Biz səmaya qalxdıqca atmosferdəki hissəciklərin bloklayıcı təsiri azalır və gördüyümüz rəng sarıya çevrilir.

Mənbə: trthbr
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et