Bu gün:

“Metrodakı sıxlığı aradan qaldırmaq üçün…”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki müsahibi nəqliyyat eksperti Eldəniz Cəfərovdur. O, metrolardakı sıxlıqların aradan qaldırılması üçün profilaktik tədbirlərdən danışıb.

-Metrolardakı sıxlıqların aradan qaldırılması üçün hansı profilaktik tədbirlər məqsədəuyğundur?



Metro ictimai nəqliyyatın bir qoludur. Təəssüf ki, bizim ictimai nəqliyyat metro və avtobuslardan ibarətdir, şaxələnməyib. Vaxtilə şaxələnmiş ictimai nəqliyyatımız zəiflədilib: tramvaylar, marşrut taksiləri sıradan çıxarılıb. Metrodakı sıxlıq isə ümümi ictimai nəqliyyatın problemidir. Metrodakı sıxlığı aradan qaldırmaq üçün qatarlar arasındakı intervallar azaldılmalı, qatarların sayı artırılmalıdır. Eyni zamanda, ictimai nəqliyyatın avtobus seqmentində avtobusların sayı artırılmalıdır ki, bir qisim vətəndaş metrodan istifadə edirsə, bir qisim də avtobuslardan istifadə edə bilsin.

Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et