Bu gün:

Polkovnik Harland Sanders kimdir?


O, 1952-ci ildə qurulan Kentucky Fried Chicken və ya qısaca KFC-nin qurucusu olan amerikalı sahibkardır. Başqa bir deyimlə, şirkətin loqosunda gördüyümüz keçi saqqalı və eynəkli yaşlı kişi fiqurudur. KFC-nin yaradıcısı polkovnik Harland David Sanders 1890-cı il sentyabrın 9-da İndiana ştatında anadan olub. 5 yaşında atasını itirən sahibkar anası pul qazanmaq üçün işə başladıqdan sonra kiçik bacılarının məsuliyyətini üzərinə götürməli olub. Cəmi 5 yaşında uşaq olmasına baxmayaraq, bacı-qardaşlarının uşaq bezlərini dəyişmək, onlara yemək vermək kimi bütün ehtiyaclarını qarşılayır. Və bu arada o, əslində gələcək işi üzərində işləyir.

 Karyerasına 10 yaşında başlayan balaca oğlan tapdığı işdə çalışır. Bu vaxt anası evlənir və ögey atasının zülmünə dözə bilməyən Sanders evdən qaçır. O, şəxsiyyət vəsiqəsindəki doğum tarixini dəyişdirərək ABŞ ordusuna qoşulur. 18 yaşında ordudan ayrılan və Cozefin Kinqlə evlənən Sanders 22 yaşına qədər qatarda konduktor işləyir. Onların bu evlilikdən üç övladı olur, lakin onların yeganə oğlu olan Harland çox yaşamır. İşdən qovulandan sonra arvadı iki qızını da götürərək onu tərk edir. Əslində gələcəkdə, Sanders işsiz olduğu üçün onu tərk edən həyat yoldaşına qlobal brend yaratmaqla cavab verəcəkdi. Bu illər ərzində bir çox fərqli işlərdə çalışsa da, Harland Sanders bunların heç birində uğur qazana bilmədi və hüquq öyrənmək cəhdləri də uğursuz oldu.

Yaşı 40-ı keçməsinə baxmayaraq uğur qazana bilmədiyi üçün ümidsizliyə qapılan amerikalı hətta bir müddət intihar etmək fikrinə düşdü, lakin sonra yemək bişirməkdə olan istedadını xatırlayaraq, özünə dükan açmağa qərar verdi. Tennessi ştatının sərhədindən 40 km aralıda yerləşən Korbin şəhərində yanacaqdoldurma məntəqəsi, motel və kafe alır. Sandersin qaz almağa gələn müştərilərə yemək xidməti də göstərən ləzzətli menyularının şöhrəti tezliklə bütün ştata yayılır. Hətta, ştatın mətbəxinə verdiyi töhfələrə görə ona Kentukki polkovniki rütbəsi də verilir. 1949-cu ildə ikinci dəfə polkovnik rütbəsi alan Harland Sanders hər şeyi yoluna qoysa da, onu daha bir böyük sınaq gözləyir. Çünki, qızardılmış toyuq əti ilə ölkədə ən çox ziyarət edilən yerlərdən biri olan obyektin yerləşdiyi yol yeni magistralla əlaqədar yararsız hala düşür. Müştərilərin sayı günü-gündən azalır və Sanders sonda yığılmış borclarını ödəmək üçün hər şeyini satmalı olur. Bütün var-dövlətini itirməsinə baxmayaraq, əl çəkməyən sahibkara yalnız pensiyası qalır. O, bir qədər fikirləşir, sonra əlindəki reseptlə ölkədəki bütün restoranların qapılarını döyməyə başlayır. Maşında yatmağa başlayan Sanders reseptini satmağa çalışsa da, heç bir restoran onunla maraqlanmır. Şayiələrə görə, qoca amerikalı 1008 restoranından uzaqlaşdırıldıqdan sonra onun təklifini qəbul edəcək bir yer tapır. Və tezliklə yüzlərlə restoran onun resepti üçün növbəyə düzülür. Kentucky Fried Chicken əfsanəyə çevrildikdən sonra Sanders öz şirkətini investor John Y. Brown Jr-a 2 milyon dollara satır. Müqaviləyə əsasən, Sanders KFC-nin rəsmi siması olaraq qalmaqla, hər il 250.000 dollar alacaqdı. 90 yaşına qədər yaşayan Sanders həyatının son illərini sülh və xoşbəxtlik içində keçirib. Şirkət 1986-cı ildə PepsiCo, 2002-ci ildə isə Yum!  brendlərinə satılır. Bəli, bu, 100-dən çox ölkədə minlərlə restoranı olan KFC-nin hekayəsidir.

Mənbə: Paratic
Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş