Bu gün:

“Medianı vizualsız təsəvvür etmək mümkün deyil”


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi Konflikt Jurnalistikası Məktəbində Baş Təlimatçı Vüqar İbadovdur. O, fotojurnalistikanın mediada rolundan danışıb.

-Sizcə, fotojurnalistikanın mediada rolu nədən ibarətdir?

Bildiyimiz kimi hər gün milyardlarla fotoçəkilir, özü də 24/7. Medianın ayaq üstə qalmasına başlıca səbəb foto və video materiallarıdır.

İllərdir oxucular xəbəri oxumamışdan əvvəl onun vizual görüntüsünü axtarır. Deməli, fotojurnalistika medianın ayrılmaz hissəsidir. Bu telefonla çəkilən şəkillər də, fotoaparatla çəkilən peşəkar şəkillər də ola bilər. Qısa bir təcrübə aparın: Heç bir foto, video material əlavə etmədən xəbəri yazın, bir ay paylaşım edin nə qədər izləyici itirdiyinizin şahidi olacaqsınız. Hansısa hadisə xəbərini alanda, ilk növbədə, axtardığınız nə olur? Əlbəttə, foto və video. Ona görə də görüntünün mediadakı rolu danılmazdır.

Çimnaz Məmmədova

Paylaş
Şərh əlavə et