Bu gün:

140 milyon il əvvəl yer üzündə açan ilk çiçəklə tanış olun.


3 ilk çiçək açan bitki üçün sehrli rəqəm idi. Bu günə qədər təkamüllə bağlı ən böyük araşdırma bu bitkinin çiçəklərinin ləçək kimi formalı 3 qatlı spiral tepeli olduğunu göstərir. İlk çiçək açan bitki xarici görünüşcə maqnoliya, ayçiçəyi və dəfnəyə bənzəsə də, hazırda yaşayan bütün çiçəklərdən fərqli xüsusiyyətlərə malik olduğu düşünülür.

 Təkamül nəzəriyyəsi daxilində bütün növlərin tək ortaq əcdaddan törədiyini irəli sürən ilk alim olan Çarlz Darvin, çiçəklərin tarix səhnəsinə bu qədər gec çıxmasını təkamülün nəticəsi olaraq qiymətləndirmişdir. 

İndi çiçəkli bitkilər hər 10 bitkidən 9-nu təşkil edir, yəni onlar 350 milyon il əvvəl meydana çıxan toxum bitkilərini geridə qoyublar. Çiçəklər üçün təkamül başlanğıc nöqtəsi tapmaq çətindir, çünki çiçəkli bitkilər nadir hallarda fosilləşirlər, baxmayaraq ki, ən qədim çiçəkli bitki İspaniyada 2015-ci ildə aşkarlanan, 130 milyon il əvvələ aid çiçəkdir.

 Ancaq elm adamları çiçəkli bitkilərin 250 milyon il əvvəl meydana gəldiyini düşünürlər. İlk çiçək haqqında ətraflı öyrənmək üçün Fransanın Paris-Sud Universitetinin 36 nəfərlik tədqiqat qrupu 6 il ərzində demək olar ki, bütün çiçəkli bitki növlərini araşdırıb və onların əcdad xüsusiyyətlərini müəyyənləşdirməyə çalışıb.

 Molekulyar analiz vasitəsilə tarixləri tənzimlədikdən sonra qrup ilk çiçəyin təkamülünü ortaya qoyan təkamül ağacını modelləşdirdi. Bu model göstərir ki, birinci çiçəyin 11 və ya daha çox təpəsi və erkəkcikləri var və həm kişi, həm də dişi reproduktiv sistemə malikdir. 

 Hər çiçəkli bitki kimi özünəməxsus şəkildə düzülən çiçəklərin 1 sm-dən kiçik olduğu düşünülür. Mütəxəssisləri ən çox təəccübləndirən isə indiki canlı çiçəklərlə müqayisədə ilk çiçəyin ləçək formalı təpələrinin sayı olub.


Mənbə : yesilist. com

Tərcümə etdi : Aysel Aslanova 

Paylaş
Şərh əlavə et