Bu gün:

Leonardo Del Vecchio


Leonardo Del Vecchio

 Bu günə qədər bir çox markaların yaradıcıları haqqında müəyyən məlumat əldə etmişik. Bəs siz heç Leonardo Del Vecchionun kim olduğu haqda eşitmisinizmi? Yəqin ki, yox...

Leonardo Del Vecchio kimdir? 

Leonardo 22 may 1935-ci ildə İtaliyanın kasıb bir milanlı ailəsindən birində anadan olub. Onun atası küçədə tərəvəz satıcısı idi, lakin Leonardo doğulmamışdan əvvəl onun atası ölür və Vecchio 7 yaşında rahibələrin himayəsində uşaq evində yaşamağa məcbur olur. 14 yaşında olan bu gənc kasıb ailə şəraitinə dəstək olmaq üçün işləməyi təklif edib. Onun ilk işi Milanda bir alət istehsalçısında usta şagirdi kimi işləmək olub. O, 19 yaşında sənaye mühəndisliyi ixtisası üzrə oxuyan axşam siniflərinə qoşulub, gündüzlər işləməyə davam edib.

Karyerasına Milanda alət və zərb ustasının şagirdi kimi başlamış, sonradan işlədiyi zavodların birində barmağını itirib, lakin ehtiyac içində olduğundan öz işinə davam etmək məcburiyyətində qalıb. Bir müddət sonra o, metal emalı bacarıqlarını eynək hissələrinin istehsalına çevirmək qərarına gəlmişdir. 1961-ci ildə o, İtaliyanın eynək sənayesinin əksəriyyətinə ev sahibliyi edən Belluno əyalətindəki Aqordoya köçdü. 1967-ci ildə Luxottica brendi ilə tam eynək çərçivələrinin satışına başladı və 1971-ci ildə kontakt istehsalı biznesinə girdi. Burdan əldə etdiyi pul vasitəsilə özünə şirkət açmaq qərarına gəldi və nail də oldu. Şirkət 1990-cı ildə Nyu-Yorkda və 2000-ci ilin dekabrında Milanda siyahıya alındı və 2003-cü ilin sentyabrında MIB-30 (indiki S&P/MIB) indeksinə qoşuldu. Bu siyahı, İtaliyanın Vogue brendindən başlayaraq şirkətin digər markaları  1990, 1995-ci ildə Persol və ABŞ Ayaqqabı Korporasiyası (LensCrafters), 1999-cu ildə Ray-Ban və 2001-ci ildə Sunglass Hut, Inc və s.  əldə etmək qabiliyyətini artırdı.

Sənayedən kənarda nəzərə çarpmasa da, Luxottica, şirkətin uzun müddətdir bilindiyi kimi, aşağı texnologiyalı eynək biznesində Google və Amazonun sahib olduğu qədər üstünlük əldə etdi. Ray-Ban, Armani, Bulgari, Chanel və Brooks Brothers kimi dəbdəbəli brendlər üçün eynək istehsal etmək və onları Pearle Vision, Lenscrafters və Sunglass Hut kimi şirkətə məxsus pərakəndə satış şəbəkələri vasitəsilə satmaq vəzifəsini yerinə yetirirdilər. Agordo, İtaliya, 60 ildən çox əvvəl Avropa, Asiya və Amerikada fabrikləri olan dünyanın ən böyük gözlük istehsalçısı oldu.

Leonardonun birmənalı yanaşması, vaxtında qərarları və strategiyaları Luxottica-ya tam nəzarətə sahib olmağa və eynək şüşəsi istehsalı prosesinin hər mərhələsini ələ keçirməyə kömək etdi. Luxottica qrupu indi paylama və pərakəndə satış sahələrində də alışlara başladı. Qrup nəhayət Lens Crafters, Persol və Vogue kimi ən məşhur İtalyan brendlərini ələ keçirdi və Amerikanın ən məşhur brendi olan Ray Ban-ı satın aldı. İllər ərzində Luxottica-nın 2,1 milyard dollara satın alınan Oakley də daxil olmaqla, bütün əsas eynək şüşəsi markalarını aldığı görüldü.

Del Vecchio 27 iyun 2022-ci ildə Milanın şərq ətrafı olan Seqrate şəhərindəki San Raffaele Xəstəxanasında 87 yaşında sətəlcəm xəstəliyindən vəfat etdi. Onun ölüm xəbəri onun şirkəti tərəfindən açıqlandı. "EssilorLuxottica bu gün sədrinin vəfat etdiyini təəssüflə elan edir" deyən qrup, şuranın "növbəti addımları müəyyən etmək" üçün toplanacağını əlavə etdi.

Del Vecchionun sərvəti 19.1 milyard dollardı

Mənbə: nytimes.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et