Bu gün:

Peşəkar PR mütəxəssisi kimdir?


24Media.az-ın "Peşəkarlar danışır”rubrikasının budəfəki qonağı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurasının sədrinin müavini Vüqar Əliyevdir. O, peşəkar PR mütəxəsissinin kim olduğu haqqında danışıb.

-Sizcə, peşəkar PR (İctimaiyyətlə Əlaqələr) mütəxəssisi kimdir?

-Peşəkar PR mütəxəssisi sağlam düşüncə, obyektiv fikir, müşahidə qabiliyyətinə və analitik təfəkkürə malik olan bir mütəxəssisdir. Yəni burada bir sıra keyfiyyətlər, bacarıqlar olmalıdır həmin mütəxəssisdə ki, bunlardan da ən əsası, ən vacibi məhz onun iti qavrayışa, sağlam düşüncəyə malik olmasıdır. Mütəxəssis baş verən prosesləri obyektiv qiymətləndirməyi bacarmalıdır, geri dönüşləri obyektiv təhlil etməlidir. Müəyyən bir imicin idarə edilməsi prosesində həm aktiv iştirak etməli, həm də lazım olduğu zaman bu imici müdafiə etməyi bacarmalıdır. Bu hər hansısa təşkilatın və ya şəxsin imici ilə bağlı ola bilər. Hər hansısa bir şirkəti və ya şəxsi böhran vəziyyətindən çıxarmağı, idarə etməyi bacarmalıdır.

Nuray Mürsəlova


 

Paylaş
Şərh əlavə et