Bu gün:

Christian Dior necə bu qədər məşhur oldu?


Parisin modanın ürəyi kimi tanınmasında böyük rol oynayan Christian Dior 1947-ci ildə qurulub.

Təqvimlər 1947-ci il fevralın 12-ni, Kristian Diorun modanın gedişatını dəyişdirəcək 90 parçadan ibarət ilk kolleksiyasını təqdim edərkən göstərirdi. Modelyerin Parisdəki evinə toplaşan jurnalistlər “New Look” adlı kolleksiyanı “müharibənin və məhdudiyyətlərin sonunu xəbər verir” elan ediblər.

Mümkün qədər az metr və sərfəli parçalardan tikilmiş paltarlar qadınların geyə biləcəyi yeganə şey oldu. Müharibə bitdikdən iki il sonra Christian Diorun təqdim etdiyi kolleksiyada siluetlər daha da aydınlaşdı, bellər daha incələşdi, tüklü ətəklər geri qayıtdı və təqribən 20 metr uzunluğunda parlaq və bahalı parçalardan hazırlanmış cəsur paltarlar aparıcı rol aldı. Dizayner birdən moda dünyasının zirvəsinə qalxdı. Bu gün uğurlu moda evi;  Kosmetikadan dəbli geyimlərə, göz oxşayan aksesuarlardan ətirlərə qədər geniş çeşiddə məhsullar var. Xüsusilə qadın müştərilər tərəfindən bəyənilən moda ikonu moda sənayesinin ən bahalı və dəbdəbəli markaları arasındadır.

Dünyanın ən məşhur moda evlərindən biri olan və eyni adı daşıyan Christian Dior-un qurucusu kimi tanınan o, 24 yanvar 1957-ci ildə vəfat edib.

Mənbə: sheandgirls.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et