Bu gün:

Ceff Bezos kimdir?


Ceff Bezos müasir iş dünyasının aparıcı simalarından biri kimi tanınır. Amazon-un qurucusu və keçmiş baş direktoru Bezos e-ticarət sənayesində inqilab etmiş və qlobal brendə çevrilmiş uğurlu iş adamıdır.

Ceff Bezos 12 yanvar 1964-cü ildə ABŞ-ın Nyu-Meksiko ştatında anadan olub. Kompüter elmləri üzrə təhsil alan Bezos Wall Street-də işləyərkən internetin inkişaf potensialını dərk etdi. Bu şüur onu 1994-cü ildə Amazonu yaratmağa və bu şirkəti dünyanın ən böyük elektron ticarət platformasına çevirməyə vadar etdi.

1986-cı ildə Universitet dərəcəsini alanda Fitel firması Priceton məzunu olan işçilər axtarırdı. Bezos 1986-cı ilin mayında məzun olduqdan dərhal sonra Fitel-in on birinci işçisi oldu. 1987-ci ilin fevralında texnologiya və biznesin inkişafı üzrə menecerin müavini vəzifəsinə yüksəldi. 23 yaşlı gənc eyni vaxtda şirkətin Nyu-York və London ofislərində çalışan 12 proqramçı və analitiki idarə edir, dizayn, proqramlaşdırma və sınaq mərhələlərinə nəzarət edirdi. Bezosun liderlik tərzi risk almaq cəsarəti, innovasiyaya əsaslanan zehniyyəti və uzunmüddətli baxışı ilə tanınır. Onun rəhbərliyi altında Amazon sadəcə bir e-ticarət şirkəti olmaqdan kənara çıxdı və bulud hesablamaları, süni intellekt və ağıllı cihazlar kimi bir çox fərqli sektora addım atdı. Bundan əlavə, müştəri diqqəti, məlumat analitikası və əməliyyat mükəmməlliyi kimi prinsiplər Bezosun idarəetmə fəlsəfəsinin əsasını təşkil edir.

Bezosun vizyonu müştərilərə geniş çeşiddə məhsullar, rəqabətqabiliyyətli qiymətlər və operativ çatdırılma təklif edən platforma yaratmaq idi. Bu vizyona uyğun olaraq Amazon e-ticarətdə əsaslı yeniliklər etdi. Məhsul rəyləri, fərdi alış-veriş tövsiyələri və bir kliklə sifariş vermək kimi yeniliklər müştəri təcrübəsinə üstünlük verən bir yanaşma nümayiş etdirdi.

Beləliklə, qarajda borc pulla başladığı onlayn kitab biznesində bir çox çətinliklərlə qarşılaşan bu insan inanılmaz görmə qabiliyyəti sayəsində bir çox sahələrdə fəaliyyət göstərən texnologiya uğuruna çevrilməyi və dünyanın ən zəngin adamı adını qazanmağı bacardı. Ceff Bezos nailiyyətlərinə görə bir çox mükafat və tanınma qazanıb. O, ardıcıl olaraq Forbes tərəfindən dünyanın ən varlı adamları siyahısında yer alır və Time jurnalı tərəfindən “İlin adamı” seçilir. Bundan əlavə, kosmos araşdırmaları və turizmlə də maraqlanan Bezos Blue Origin adlı kosmik şirkəti quraraq bu sahədə mühüm addımlar atıb.

Mənbə: Britannica.com 

Tərcümə etdi:Aytac Musayeva 


Paylaş
Şərh əlavə et