Bu gün:

Elektrik enerjisini kim icad edib?


Elektriklə bağlı fikirlər çox uzaqlara gedib çıxsa da, elektrikin ixtiraçısı deyildikdə ağıla ilk gələn ad Benjamin Franklindir. ABŞ-ın keçmiş prezidentlərindən olan Franklin uçurtma və elektrik açarının köməyi ilə ildırım qığılcımında elektrik cərəyanını idarə etməyi bacarıb.

Elektrik ilk dəfə harada icad edilib?


Benjamin Franklinin apardığı və uçurtma təcrübəsi adlanan təcrübə 1752-ci ildə ABŞ-da baş verdi. Bu təcrübə nəticəsində ildırım qığılcımındakı elektrik nəzarət altına alınmış və ildırım, şimşək kimi təbiət hadisələrinin də elektrik yüklü olduğu sübut edilib.

1600-cü illərdə elektrik üzərində bəzi təcrübələr aparan və tarixdə ilk dəfə elektrik terminini istifadə edən ingilis William Gilbert ortaya çıxdı. Gilbert elektriki bəzi maddələri bir-birinə sürtdükdə ortaya çıxan güc kimi təsvir edib.

1777-ci ildə fransız alimi Charles Augustin de Coulomb öz təcrübəsində maqnit qütbləri arasındakı itələmə və cazibə qüvvəsini ölçə bilən cihaz hazırlayıb.

1800-cü ildə Alessandro Volta gümüş və sink lövhələr arasına duzlu su qoyaraq elektrik cərəyanı əldə etdi və bu ixtira akkumulyatorun ixtirası kimi tarixdə yerini alıb.

Elektrik enerjisinin ötürülməsi iki yerə bölünür: birbaşa cərəyan və alternativ cərəyan. Düz cərəyanı 1808-ci ildə Tomas Edison kəşf etdiyi halda; Alternativ cərəyanın ixtiraçısı Nikola Tesladır.

Elektrik enerjisindən kommersiya məqsədləri üçün istifadə 1882-ci ildə baş verdi. Tomas Edisonun rəhbərliyi altında istehsal olunan bu ilk kommersiya elektriki birbaşa cərəyanla ötürülürdü.

Mənbə: Habertürk
Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et