Bu gün:

Şeir oxumağın insanlara faydaları


Şeirin insanlara gətirdiyi 5 faydalı xüsusiyyət

Poeziya... Özlüyündə bir ədəbi dünya.  İbtidai məktəb illərindən hamımız ən azı bir şeir əzbərləmişik və onu camaat qarşısında oxumuşuq. Şeir oxumağın və əzbərləmənin həyatımızın tamamilə fərqli aspektlərində çoxsaylı faydalar verdiyini heç düşünmüsünüzmü? Bəli, doğrudan da, şeir həm ədəbiyyatın əsasını təşkil edir, həm də roman oxumaq vərdişi geridə qalan Y nəsli üçün onun qısa, lakin yığcam faydalarını 5 maddədə izah edirik.

1) Təsəvvür

İnsanların şeir oxuyanda təsəvvürləri həqiqətən də artır. Bu yolla onların qavrayış qabiliyyətləri və hissləri də inkişaf edir. Axı təxəyyül hər şeyin başlanğıcı deyilmi?

2) Yaddaş Təlimi

Şeir əzbərləmək hər igidin işi deyil deyilsə də, yanlışdır! Şeirləri əzbərləmək yaddaşımızı və həmçinin diqqətimizi yaxşılaşdırır. Yaddaşımızı gücləndirir. Roman, hekayə və s. nəsr mətnlərinin uzunluğu əzbərləməyi çətinləşdirsə də, şeir əzbərləmə baxımından xeyli asan və təsirli üsuldur.

3) Özünə inam

Bir qrupda və ya dostlar çevrəsində əzbərlənmiş şeirin hamısını və ya bir hissəsini oxumaq, özünüzə olan inamınızı hədsiz dərəcədə artırır. Lazım olanda bu biliyi göstərmək sizi insanlar arasında fərqli edir.

4) Müşahidə qabiliyyəti

Oxunan şeir həm də cəmiyyətdə dinləyiciləri müşahidə etmək bacarığını təmin edir. Şeir oxumağı vərdiş halına gətirən və onu oxuyan insanlar dinləyicilərinin ondan aldığı enerji və təsirləri görürlər. O, dinləyicilərindən aldığı enerji ilə qidalanır və onları daha yaxşı müşahidə edir.

5) Düzgün diksiya

Şeir oxuyan insanlarda intonasiya və vurğu bacarıqları istər-istəməz inkişaf edir. Hər şeir eyni dərəcədə yazılmadığı üçün şeir oxuyanlar zaman-zaman bunları fərq edir və gündəlik həyatlarında vurğu və intonasiyaya fikir verərək danışırlar. Bu, təbii olaraq daha dəqiq və təsirli diksiyaya gətirib çıxarır.

Mənbə: Ceotudent.com 

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et