Amerikada hazırlanan hesabatda həddindən artıq səs-küyə məruz qalan uşaq və yeniyetmələrin eşitmə itkisi riski ilə üzləşdiyinə diqqət çəkilir. Kiçik qulaq kanalları olan uşaqlar böyüklərə nisbətən yüksək səslərdən daha çox təsirlənir. Ekspertlər televiziya, kompüter, radio və qulaqlıqlardan gələn səsləri azaltmaq üçün xəbərdarlıq ediblər.
Amerika Pediatriya Akademiyasının məlumatına görə, həddindən artıq səs-küyə məruz qalan uşaqlar və yeniyetmələr eşitmə itkisi riski altındadır. Akademiyanın hesabatına görə, uşaqların qulaq kanalları böyüklərdən daha kiçik olduğundan, bu, yüksək tezlikli səslərin güclənməsinə səbəb olur. Narahatlıq təkcə səs səviyyəsi ilə bağlı deyil, həm də uşaqların nə qədər uzun və nə qədər tez-tez səs-küyə məruz qalması ilə bağlıdır.
Tıxac səs-küyü və ya arxa fondakı televiziya səsi kimi ümumi səslər yuxu, öyrənmə və həyat keyfiyyətini poza bilər. Mütəxəssislərin fikrincə, şəxsi dinləmə cihazları səs-küyə məruz qalmanın ən geniş yayılmış formasıdır və bu cihazlara həddindən artıq məruz qalma, gündəlik səslərin dözülməz dərəcədə yüksək və ağrılı göründüyü eşitmə itkisi, tinnitus və ya hiperakuziyaya səbəb ola bilər. Hesabatda həmçinin eşitmə itkisinin qarşısını almaq üçün televiziya, kompüter, radio və fərdi dinləmə cihazlarının səsini azaltmaq, dinləməkdə fasilə vermək və qulaqlıqlardan ehtiyatla istifadə etmək kimi tövsiyələr də yer alıb.
Mənbə: Sabah.com.tr
Tərcümə etdi: Məryəm Məmmədova