Bu gün:

Dil öyrənmə prosesi zamanı nə etməliyik?


Yeni dil öyrənmək, yeni mədəniyyəti tanımaq, dünyadan xəbərdar olmaq və minlərlə fərqli insanı sadəcə dil vasitəsilə tanımaq imkanı əldə etmək iyirmi birinci əsrdə “özünü təkmilləşdirən” insanın əsas xüsusiyyətlərindəndir. Dünya münasibətlərinin getdikcə fəallaşan axarında ünsiyyət zərurətindən biri olan dil fərdlərə böyük üstünlüklər verir.

İş həyatında dil öyrənməyin faydaları ilə yanaşı, mədəniyyət yığımına və insan baxışına da qatdığı danılmaz bir həqiqətdir. Bəs, niyə xüsusilə Azərbaycanda xarici dilləri öyrənmə nisbəti bu qədər aşağıdır? Bununla bağlı narahatlığımız tam olaraq nədən ibarətdir?

 Dil öyrənməyə başlamazdan əvvəl niyə narahat oluruq?

 Yeni bir dil öyrənməyə başlayanda, adətən, ilk növbədə “mükəmməlliyin” arxasınca gedirik. Danışarkən səhv etməmək, ana dilində danışanların tələffüz xüsusiyyətləri ilə danışmaq, hər şeyi mükəmməl başa düşmək, qrammatik səhvlərə yol vermədən yazmaq kimi.  Şübhəsiz ki, bu, edilən ən böyük səhvdir.  Türkcə sözləri yenicə səhv tələffüz edən bir əcnəbiyə reaksiyamız və bu şirin və hətta səmimi tapmağımız sizcə də özümüzə münasibətimizlə ziddiyyət təşkil etmirmi?

Dil kifayət qədər mücərrəd bir anlayışdır. Canlı bir element olduğu üçün daim inkişaf edir. Ona görə də nə qədər oxusan da, danışsan da “mən bu dili öyrəndim” demək mümkün deyil. Hər gün yeni bir şey öyrənməyimiz, hətta öz dilimiz haqqında belə, bu vəziyyətin nəticəsidir.

1. Səhv etməkdən qorxmayın. Unutmayın ki, siz tamamilə tanış olmadığınız bir dili öyrənməyə çalışırsınız. Özünüzə güvənin.

2. Bu dili niyə öyrənmək istədiyinizi müəyyənləşdirin. Bu həm sizi həvəsləndirəcək, həm də prosesdə öyrənmə yollarınızı kəşf etməyə imkan verəcək.

3. Əgər öyrənəcəyiniz dil başqa əlifbaya malikdirsə, o əlifbanı və tələffüz qaydalarını öyrənmədən qrammatika qaydalarına keçməyin. Səlis oxuyub yaza bildiyinizdən əmin olun.

4. Qrammatik mövzuları və ya oxşar sözləri ana dilinizdə eyni qaydalarla müqayisə edin. İki dil arasında qurduğunuz bu əlaqə sayəsində qaydanı daha asan başa düşəcək və sözləri daha yaxşı əzbərləyə biləcəksiniz.

5. Əvvəllər ana dilinizdə baxdığınız və əsasən sətirləri bildiyiniz filmə və ya seriala baxın, əvvəlcə ikili altyazılı, sonra isə yalnız həmin dildə altyazı ilə. Bu, tələffüzü, danışıq ifadələrini və bəzi qrammatik qaydaları öyrənməyə kömək edəcək. Siz onu başa düşməyə başladıqdan sonra o, sizə böyük bir motivasiya mənbəyi təqdim edəcəkdir.

6. İstədiyiniz mahnıları o dildə dinləyin, sözlərini yazın və bilmədiklərinizi qeyd edin. Mahnı sözlərində olduğu kimi qısa və sadə cümlələrdən istifadə etməyə çalışın. Əvvəlcə yalnız bu sözləri təkrarlamaq və mənalarına baxmaqla öyrənə bilərsiniz.

7. Televiziya seriallarında və filmlərdə tez-tez istifadə olunan ifadələri və sözləri qeyd edin. Sonra mənalara və nümunə cümlələrə baxın.

8. Baxdığınız hər hansı videoda deyilənləri o dildə təkrarlayın və mənasına baxın. Səviyyəni yüksəltdikcə videonu dayandırın və deyilənlərə öz tərzdə cavab verməyə çalışın, sanki həmin şəxslə danışırsınız.

9. Özünüzlə danışın. Bu dildə yüksək səslə düşünün. Uzun cümlələr qurmağınızın fərqi yoxdur, sadə ifadələrlə başlayın.

10. O dildə düşünün. Diliniz yaxşılaşdıqca bu baş verəcək. Ağlınıza gələn cümləni həmin dildə ifadə etməyə çalışın.

11. Sözləri yadda saxlamağı unutmayın. Ağlınıza gələn hər hansı bir söz üçün lüğətə baxın. Tələsməməyə çalışın.

12. Həmin dildə jurnal saxlayın. Bir gündə nə etdiyinizi qısaca təsvir edin. Sadə cümlələrlə başlayın.

13. Ana dili öyrəndiyiniz dil olan dostlar qazanmağa çalışın.

14. Ardıcıl işləyin. Öyrəndiyiniz dilə hər gün ən azı 1-1,5 saat vaxt ayırın.

15. Bu dildə webtoonları oxuyun.

16.  Öyrəndiyiniz dili həyatınızın bir hissəsinə çevirməyi və qarşılaşdığınız situasiyaları və ya hadisələri dillə əlaqələndirməyi vərdiş edin.

17.Bütün bunlar dildə səviyyəniz getdikcə yaxşılaşdıqca mümkün olacaq. Unutmayın ki, qeyri-adi irəliləyiş bir gecədə mümkün deyil. Ardıcıl və dəqiq iş ilə, bu dildən istifadə etməyə davam etdikcə uğur qaçınılmaz olacaq.

Dil öyrənmə prosesi və nəticəsi uzunmüddətli və ardıcıl iş tələb etsə də, bir dili danışmağa və başa düşməyə başladığın andan əldə etdiyin sevinc əvəzsizdir. Öyrənmə tərzinizi düzgün təşkil etdikdə və ən yaxşı başa düşdüyünüz yolu kəşf etdikdə, dili öyrənmə sürətiniz artacaq. Təbii ki, o dilə nə qədər vaxt ayırdığınızın da təsiri var. Əgər söz ehtiyatınızı təkmilləşdirsəniz və qrammatikanı beyninizdə başa düşsəniz, işiniz asanlaşacaq. Bunun üçün o dillə çox ünsiyyətdə olmaq lazımdır. Dilin danışıldığı ölkədə olmasanız belə, bunu davamlı məşq etməklə, internetin imkanlarından yararlanmaqla, şüurlu öyrənmə qavrayışı ilə film və seriallara baxaraq, tez-tez danışaraq kompensasiya edə bilərsiniz.

Mənbə : İienstitu

Tərcümə etdi : Aysel Aslanova

Paylaş
Şərh əlavə et