Bu gün:

Qara dəlik nədir və necə əmələ gəlir?


Çox böyük kütlə və çox böyük cazibə qüvvəsi olan kosmik strukturlara qara dəliklər deyilir. Cazibə qüvvəsi sayəsində yaxın məsafədə olan hər şeyi udurlar.

Qara dəlik necə əmələ gəlir?
Bunun sirri bir ulduzda gizlidir. Bitmiş ulduzların mərkəzlərində nüvə reaksiyaları baş verməyə başlayır. Bir müddət sonra bu reaksiyalar cazibə qüvvəsini tarazlaya bilmir. Beləliklə, ulduzun kütləsi öz mərkəzinə doğru çəkilməyə başlayır. Təsəvvür edin, içinizdəki bir qüvvə ağzınızı və burnunuzu içəri çəkir. Əminik ki, gülməli görünəcək.
Bu o deməkdir ki, çəkmə prosesinin sonunda bütün kütlə bir nöqtədə toplanır və sıxlıq yaranır. Çox sıx və enerjili olan bu yeni formasiya ətrafındakıları udmağa başladı.

İlk qara dəlik şəkli nə vaxt çəkilib?
Səmanı tədqiq edən alimlər 2019-cu ildə ilk dəfə qara dəliyin fotosunu çəkə biliblər. Bu qara dəliyin diametri təxminən 40 milyard km-dir. Yəni bizim yerdən 3 milyon dəfə böyükdür. Onun bizdən uzaqlığı 500 min katrilyondur.
Ən yaxın bilinən qara dəlik bizdən 1600 işıq ili uzaqdadır.

Mənbə: Milliyet
Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et