Bu gün:

Dodaqlardakı kiçik ağ nöqtələrin sirri açıldı


Dodaqlarınıza diqqətlə baxsanız, kiçik ağ yağ bezlərini görə bilərsiniz.  Kifayət qədər təbii olan bu ləkələrə “Fordyce” deyilir.  Səbəblərini sizin üçün araşdırdıq.

Dodaqlarınızda ilk dəfə ağ nöqtələr görmüsünüzsə, heç narahat olmayın.

Siz milyardlarla insanla eyni vəziyyətləri paylaşırsınız.

Dodaqlardakı kiçik ağ ləkələr Fordyce ləkələri kimi tanınır.

Fordyce ləkələri dəridə kiçik sarı və ya ağ yağ bezinə oxşar ləkələrdir. Bu ləkələr adətən dodaqda, dodaqların ətrafında görünür, lakin nadir hallarda bədənin digər hissələrində də görünə bilər.

Fordyce ləkələri adətən cinsi yolla ötürülən xəstəliklərlə əlaqəli deyil və cinsi fəaliyyət və ya dərinin təmizlənməsi ilə əlaqəli deyil.

Yağ bezləridir

Fordyce ləkələri dəridəki yağ bezlərinin (yağ vəzilərinin) anormal böyüməsi və ya tıxanması nəticəsində yaranır.  Onlar ümumiyyətlə estetik problem hesab olunur və çox vaxt ağrısızdır.

Genetik ola bilər

Fordyce ləkələrinin dəqiq səbəbləri tam bilinməsə də, genetik faktorların təsirli olduğuna inanılır. Bundan əlavə, bu ləkələrin sayının yaşla arta biləcəyi bildirilib.


Mənbə: En Son Haber 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et