
Tarixin ən mühüm kəşflərindən birini 1764-cü ildə Ceyms Vatt etdi. Şotlandiya əsilli ixtiraçı öz ixtirasını maşınlara olan marağı sayəsində davam etdirib. Buxar maşını sayəsində istilik enerjisi mexaniki enerjiyə çevrilərək dövrün ən mühüm ixtiralarından biri olmuşdur. Bu yolla lokomotivlər, paroxodlar, nasoslar, traktorlar, sənaye sxemləri yaradıldı.
Podratçı atasının yanında olub və yeni məlumatlar öyrənib. James Watt məktəbdə kifayət qədər yaxşı deyildi. Məktəbi bitirdikdən sonra mexaniki alətlərə olan marağı onu böyük mexaniki ilə yanaşı öyrənməyə ruhlandırdı. O, gündüzlər mexaniki alətlərdən istifadə edərək ustası ilə nəsə öyrənər, axşamlar isə öz emalatxanasında işləyərdi. Onun üçün bir şeylər etməkdən, məşğul olmaqdan zövq alırdı. Hətta mexaniki alətlərin bir yerdə və qüsursuz işləməsinin onu valeh etdiyini bildirmişdi.
Mexanika sevgisi ilə insanların uzun zamanda öyrənib tətbiq edəcəyini çox qısa müddətdə öyrəndi. O, atasının yanına qayıtmalı oldu və Qlazqo Universitetində texnik kimi işə düzəldi.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
