
Ətraf mühitin çirklənməsi dünyamız üçün problem olmaqdan çıxıb və artıq kosmosu da hədələyir. Kosmik tədqiqatların başlaması dünyamızın ətraf mühitini də çirkləndirir. Bu illər ərzində dövlətlər kosmosa peyklər, cihazlar və texnoloji alətlər göndərsələr də, zaman keçdikcə onlar kosmosda zibilliyə çevrilib. Kosmosda istifadə olunmayan minlərlə peyk yerin orbitində hərəkət edir. Bu həmçinin kosmos tədqiqatları üçün təhlükəli vəziyyətdir.
İnkişaf edən texnologiya kosmos tədqiqatlarını da inkişaf etdirib. Kosmosla bağlı layihələr həyata keçirilərkən canlıların həyatını təhdid edən yeniliklər və qaydalar inkişaf edib. Yaşanan nasazlıqlarla yanaşı, xarab və məhv olmaları kosmosun çirklənməsinə səbəb olur. Kosmosda dolaşan cisimlər canlıların həyatını təhdid edir.
Kosmosun çirklənməsi nədir?
Kosmos çirklənməsi kosmosda və rabitədə istifadə olunan nəqliyyat vasitələrinin bir müddət sonra istifadə edilməməsi nəticəsində yaranan çirklənmədir. Kosmik vasitələr kosmosda qalır və yeni araşdırmalar aparılır. Köhnə parçalar kosmosda dolaşmağa davam edir.
Kosmosun çirklənməsinin qarşısını necə almaq olar?
Kosmosun çirklənməsinin qarşısının alınmasına cavabdeh olmaq lazımdır. Ölkələr tədqiq etdikləri peykləri istifadədən çıxdıqda yerə endirməli və ya məhv etməlidirlər. Kosmosda peyklər günü-gündən artdığı üçün kosmosun çirklənməsinə səbəb olur.
Kosmik texnologiyalar kosmosun çirklənməsinə səbəb olurmu?
Kosmik texnologiyalar sürətlə inkişaf edərək bəşəriyyətə töhfə versə də, kosmosda istifadə edilən nəqliyyat vasitələrinin təmizlənməsi ilə bağlı araşdırmalar kifayət qədər deyil. Hər bir kosmos işi kosmosun çirklənməsinə də səbəb olur.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
