Bu gün:

Nə qədər yaxşı yuxu, bir o qədər xoşbəxtlik


Keyfiyyətli və sağlam yuxu vacibdir. Ən az aclıq hissi qədər əhəmiyyətli olan yuxusuzluq bütün günümüzü, hətta həftəmizi ələ keçirdikdə həyatımız kabusa çevrilə bilər. Sağlam yuxu insanları xərçəng və ürək xəstəliklərindən qoruyur. Əslində, mütəxəssislər xoşbəxtliyin sirrinin də keyfiyyətli yuxuda olduğunu deyirlər.

Yuxusuzluq həyatı kabusa çevirə bilər. Yorğun hiss etdiyiniz zaman nə qədər aktiv ola bilərsiniz? Cavabınız "heç"dirsə, həyatınıza mümkün qədər sağlam bir yuxu rejimi daxil etməlisiniz. Nevrologiya Mütəxəssisi Dr. Belma Doğan Güngen, "Sağlam yuxudan danışırıq, bəs sağlam yuxu nədir? Bunun üçün nə etməliyik? Yuxu nizamımızın olmamasının və ya yuxuya gedə bilməməyimizin səbəbi nədir? Bu, bir xəstəliyin xəbərçisidir, yoxsa tamamilə normal bir vəziyyətdir?"– kimi tez-tez verilən suallara cavab verib:

Gəncliyin qaynağı sağlam yuxu

Dr. Güngen sağlam yuxunun nə olduğunu və orqanizm üçün faydalarını belə sıralayıb:

Sağlam yuxu oyaq zamanda yığılan metabolik tullantıların beyindən çıxarılmasını asanlaşdırır.

Demans-Alzheimer xəstəliyində də rol oynayan beta amiloid zülalları da daxil olmaqla bir çox zərərli tullantıların çıxarılması üçün vacibdir.

Yaddaşın inkişafı və öyrənilən məlumatın daimi yaddaşa köçürülməsi üçün vacibdir.

Beyin və bədən arasında böyümə hormonu da daxil olmaqla bir çox hormon sisteminin balansını təmin edir. Cinsiyyət hormonundan xoşbəxtlik hormonuna qədər hormonal balansdan məsuldur.

Yuxu ilə toxumaların gənc qalması arasında ciddi əlaqə var.

Çəki nəzarətini təmin edir.

İmmunitet sistemini gücləndirir.

Gözəl yuxu üçün

Dr. Güngen sağlam və keyfiyyətli yuxu üçün təkliflər verib. Sağlam bir yuxu üçün etməli olduğunuz şeylər bunlardır:

İşıq və səs-küyü minimuma endirin.

Yataq otağınızdan elektron cihazları çıxarın.

Otağınızı havalandırın.

Yatmazdan əvvəl çox yeməyin.

Yataqda keçirdiyiniz vaxtı məhdudlaşdırın.

 Yalnız yuxunuz gələndə yatın.

 Müntəzəm olaraq müəyyən edilmiş vaxtda oyanın.

Relaksasiya müalicələri qəbul edin.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et