
Kişi tipləri qeyd olunduqda, adətən ilk olaraq alfa və ya beta kimi kateqoriyalar nəzərə alınır. Ancaq, yeni bir araşdırmaya görə kişilər üç əsas kateqoriyaya bölünür. Üstəlik, insanlar bütün insanların bu üç kateqoriyadan birinə uyğun olduğunu iddia edirlər. Burada üç fərqli kişi tipi var: neo-ənənəvi, bərabərlikçi və yenilikçi.
Elmə görə 3 növ kişi var:
British Columbia Universitetindən olan qrup müxtəlif mədəni mənşəyə malik 92 heteroseksual kişini araşdırıb və kişiləri üç növə ayırıb:
- Neo-ənənəvi
- Bərabərlikçi
- Yenilikçi
Tədqiqatçılar deyirlər ki, neo-ənənəvi kişilər tez-tez ənənəvi gender rollarını götürürlər, bərabərlikçi kişilər isə daha bərabər tərəfdaşlıq axtarırlar. Yenilikçi kişilər isə kimin nə edəcəyini müəyyən etmək üçün həyat yoldaşları ilə mütəmadi olaraq fikir mübadiləsi aparmağa üstünlük verirlər.
Qrup əvvəlcə kişilik üslublarının yaxın tərəfdaş münasibətlərinə necə təsir etdiyini araşdırıb.
Araşdırmaya rəhbərlik edən Dr. Con Oliffe: "Biz müxtəlif kişilik növlərinin kişilərin münasibətlərini və psixi sağlamlığını necə formalaşdırdığını anlamaq üçün yola çıxdıq".
"Biz aşkar etdik ki, bu kişi tipləri müxtəlif faydalarla yanaşı, müxtəlif çətinliklər də yaradır".
Neo- ənənəviçilər, bərabərçilər və yenilikçilər
Tədqiqatçılar 19-43 yaş arası 92 heteroseksual kişi üzərində araşdırma aparıblar və onların kişi üslubunu qiymətləndirmək üçün anket doldurublar. Nəticələr göstərib ki, onların hamısı üç kateqoriyadan birinə uyğundur.
- Münasibətlərdə maddi güc və qorunma kimi ənənəvi gender rollarına əhəmiyyət verən kişilər neo-ənənəvidir;
- Münasibətlərdə ortaqlıq axtaran və qarşılıqlı vermə və alma münasibətini vurğulayan kişilər bərabərlikçidirlər;
- Gender bərabərliyinə önəm verən, kimin nə edəcəyinə qərar vermək üçün həyat yoldaşı ilə müntəzəm və məqsədyönlü söhbətlər aparan kişilər mütərəqqi, yəni yenilikçi kimi təsnif edilir.
Mənbə: Habertürk
Tərcümə etdi: Lalə Mənəfova
