Bu gün:

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb


İran ordusu Hürmüz boğazının şərqində daha bir neft tankerinin dəniz minasına düşərək alovlandığını açıqlayıb.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə əlaqələr bölməsi boğazın şərq hissəsinin tam nəzarət altında olduğunu bildirib. Açıqlamada izləmə sistemlərini söndürən və qadağan olunmuş ərazilərdə hərəkət edən gəmilərin yanğın və partlayış təhlükəsi ilə üzləşəcəyi qeyd olunub.

İran dövlət televiziyasının məlumatına görə, Hürmüzqan əyalətinin Sirik şəhəri yaxınlığında qaçaq yanacağın bir gəmidən digərinə köçürülməsi zamanı da yanğın baş verib. Hadisədən sonra qaçaqmalçıların qayıqla ərazidən qaçdığı bildirilib.

Qeyd edək ki, İran daha əvvəl də Hürmüz boğazının şərqində bir neft tankerinin dəniz minasına düşərək alovlandığını açıqlamışdı.


Fidan Mənsimova



Paylaş
Şərh əlavə et