İtaliyanın Məlumatların Mühafizəsi Qurumu Meta şirkətini Facebook tətbiqinin Android istifadəçilərinin foto və videolarına onların razılığı olmadan daxil olması səbəbindən 805 milyon avro cərimələyib.

24media.az TRT Haber-ə istinadən xəbər verir ki, qurumun açıqlamasına görə, Facebook tətbiqi Android istifadəçilərinin telefon qalereyasında saxlanılan foto və videolara onların konkret razılığını almadan və lazımi qaydada məlumat vermədən daxil olub.
Söhbət 2023-cü ildən istifadəyə verilən “Facebook-da gəzərkən qalereyadan təkliflər al” funksiyasından gedir. Qurum Meta şirkətinə həmin funksiyanı 60 gün ərzində standart olaraq deaktiv etmək və onun istifadəsi üçün ayrıca razılıq almaq öhdəliyi qoyub.
Araşdırma 2025-ci ilin iyulunda Bolzano İstehlakçı Hüquqlarının Müdafiəsi Mərkəzinin şikayəti əsasında başlayıb. Cərimənin məbləği müəyyən edilərkən İtaliyada təxminən 20 milyon Android istifadəçisinin olması, pozuntunun müddəti və şirkətin araşdırma zamanı kifayət qədər əməkdaşlıq etməməsi nəzərə alınıb.
Fidan Mənsimova
