Bu gün:

Microsoft qlobal nasazlıqdan sonra xidmətlərinin tam bərpa olunduğunu açıqlayıb


Microsoft bir gün davam edən qlobal nasazlıqdan sonra bütün xidmətlərinin bərpa olunduğunu açıqlayıb.

24media.az BBC News-a istinadən xəbər verir ki, şirkət şənbə günü səhər saatlarında nasazlığın aradan qaldırılması istiqamətində görülən işlərin başa çatdığını açıqlayıb. Bildirilib ki, Outlook, Teams və Copilot istifadəçiləri artıq problemlə üzləşməyəcəklər.


Nasazlıq 70-dən çox ölkədə qeydə alınıb. Bu, biznes fəaliyyətində, dövlət xidmətlərində və fərdi istifadəçilərin gündəlik işlərində fasilələrə səbəb olub. Dünyada 430 milyondan çox insan Microsoft 365 tətbiqlərindən istifadə edir.


Nərmin Nəcəfova


Paylaş
Şərh əlavə et