Bu gün:

Məşhur milyarderlərin 7 ümumi xüsusiyyəti


Sərvət arzuladığımızda bu sual barəsində düşünməliyik: "Milyarderləri milyarder edən xüsusiyyətlər hansılardır? Bill Gates, Warren Bufet və ya Mark Zuckerberg necə milyarder olub?" Onların həyatını araşdırdığınız zaman bir çox mühüm xüsusiyyətin şahidi olacaqsınız. Milyarderlərin ümumi xüsusiyyətlərini təqdim edirik.

1. Sahibkar zehniyyəti

Milyarder olmaq üçün onlar kimi yaşamalı və onlar kimi düşünməlisiniz. Demək olar ki, bütün milyarderlərin həyat hekayələrində cəsarətli qərarlar və böyük risklər var. Bu milyarderlər bir sahibkar olaraq hər zaman yeniliklərə yelkən açıblar.

2. Empatiya

Empatiya insan zəkasını və perspektivini yaxşılaşdıran bir şeydir. Milyarderlər ilk növbədə insanların nəyə ehtiyacının olduğunu, problemlərinə nəyin çarə olacağını bilmək üçün empatiya qururlar. Məhz işçilərinə və müştərilərinə olan davranışları onların empatiya ustası olduqlarına dair bir sübutdur. İnsanların ağlına təsir etməyə empatiya qurmaqla başlayıblar.

3. Doyumsuz uğur arzusu

Onlar uğurları ilə əsla kifayətlənmirlər. Nail olmaq və yaratmaq üçün bəslədikləri doyumsuz istək onlara pulla birlikdə status və keyfiyyətli həyat qazandırıb. Həmişə xəyallarını sərhədsiz qururlar.

4. Hədəfə istiqamətlənmək

Bu milyarderlərin demək olar ki, hamısının ümumi xüsusiyyətlərindən biri də geriyə baxmadan nail olmaq istədikləri məqsədə yönəlməkdir. Öz sahələrində digərlərinin uğurlarına əhəmiyyət vermirlər. Yalnız öz səviyyələrini yüksəltmək, nailiyyətlərini artırmaq üçün təşəbbüs göstərirlər. Bu şəkildə zirvəyə çatmaq daha asan olur. Lazım olan yeganə şey özlərinə olan sonsuz inamlarıdır.

5. Yaradıcılıq

Bu milyarderlər həmişə olmayanı, çatışmayanı görməyə yönəlirlər. Olanları inkişaf etdirib bazara çıxarmaq onlar üçün heç vaxt qənaətbəxş sayılmır. Bugünkü cəmiyyət üçün inqilabi işlərin yaradılması missiyasını üzərlərinə götürən bu şəxslər yaddaşlarda qalmağa həyatlarını sərf ediblər.

6. Öyrənməyin yaşının olmadığına inanırlar

Milyarderlərin əksəriyyəti hər gün yeni bir şey öyrənməyə çalışır. Onlardan çox aşağı statusu olan bir insandan belə nələri isə öyrənə biləcəklərini düşünürlər. Bu tip insanlar daha çox oxuyur və perspektivlərini inkişaf etdirməyə çalışırlar. Onsuz da onları milyarder edən səbəb fərqli baxış bucaqlarıdır.

7. Uğursuzluğu təbii qarşılayırlar

Milyarderlər uğur qədər uğursuzluğu da təbii qarşılayırlar. Uğursuzluqlarından dərs çıxarıb yenidən cəhd etməyin həyəcanını yaşayırlar. Onlar üçün uğurun ən böyük açarı hər dəfə yenidən cəhd etməyə olan sarsılmaz inamlarıdır.

Mənbə: Neoldu

Tərcümə etdi: Lumu Zülfüqarova 


Paylaş
Şərh əlavə et